vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TÜRK DÜNYASI  
11:11 | 3 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 1915 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan prezidenti Qırğızıstanda

İlham Əliyev qırğız həmkarı ilə görüşüb, TDƏŞ-in VI sammitində çıxış edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirak etmək üçün bu gün Qırğız Respublikasına səfərə gedib.

Çolpon-Ata şəhərinin İssuk-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan  Prezidenti İlham Əliyevi Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşılayıblar.

 

***

 

Sentyabrın 3-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilə görüşü olub.

 

***

 

Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovu, Macarıstanın Baş naziri Viktor Orbanı qarşılayıb.

Dövlət və hökumət başçıları Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəzdilər, burada açıq havada nümayiş etdirilən, qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxıblar.

Sonra birgə foto çəkdirilib.

Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidentinə minnətdarlığını bildirib. Prezident Nursultan Nazarbayev deyib ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.

Sonra Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış ediblər.

Sammit işini davam etdirir.