vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
14:03 | 3 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 2200 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dollar qeyri-sabitdir

Avro ucuzlaşa bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Son günlər ABŞ-ın qonşu dövlətləri ilə yeni ticarət sazişi danışıqları, dünya birjalarında investorların diqqət mərkəzindədir və dollarda volatillik (qeyri-sabit) artıb.

 

Avro

 

Dünya valyuta birjalarında avronun  məzənnəsi 1.17 dollaraa kimi bahalaşdıqdan sonra yenidən 1.16-a düşüb. Təhlillərə əsasən, qiymət keçən həftənin minimum səviyyəsinin altında qalarsa, 1.15-a kimi də enə bilər.

Son günlər Amerikanın Kanada və Meksika ilə yeni ticarət sazişi uğrunda çalışması, dolların qiymətində də dalğalanmanın güclənməsinə səbəb olub. Meksika ilə ilkin razılaşma əldə olunsa da, Kanada ilə danışıqlar fonunda risklər mövcuddur. Donald Trampın Kanadaya qarşı səs tonunun sərtləşməsi isə ABŞ parlamentində tənqidlərə səbəb olub və beləliklə, ABŞ-ın hökumət daxilində də siyasi riskləri gücləndirib. Kanada ilə danışıqlar davam etdirilir və çərşənbə günü önəmli açıqlamaların ola biləcəyi ehtimal edilir.

Bununla yanaşı, cümə günü saat 16:30-da yayımlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da məzənnəyə güclü təsiri baxımından diqqət mərkəzində saxlanılmalıdır.

 

Funt-sterlinq

 

İngilis funtunun məzənnəsi isə 1.29 dollara ticarət edilir. İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” fonunda danışıqların gərginləşməsi də məzənnəyə öz təsirini göstərməkdədir. İngilis hökumətinin AB ilə azad ticarət müqaviləsi təkidinin noyabra kimi razılaşdırılmasına çalışılır. Beləliklə, burada da danışıqlar fonunda risklər və dolların qiymətində bahalaşmaya, daha doğrusu funt-sterlinqin 1.28-ə kimi ucuzlaşmasına səbəb ola bilər.

 

Lirə

 

Türkiyə maliyyə bazarlarında isə lirənin məzənnəsinin son bir həftə ərzində dollar qarşısında 6.83-ə kimi ucuzlaşmasından sonra yenidən 0.44 dəyər qazanaraq 6.39-a bərabər olub. Yeni həftənin ilk ticarət sessiyasında isə 6.56 ətrafında dalğalanan məzənnə 6.70-i də yuxarı istiqamətdə qırıb möhkəmlənərsə, 6.92 rekorduna çata bilər.

 

Neft

 

Avropanın “Brent” markalı neftinin bir barel qiyməti 78 dollara kimi bahalaşdıqdan sonra qiymət 77-yə düşüb. Bu rəqəm  cümə gününün minimum səviyyəsi altında qalarsa, “qara qızıl” 75-ə kimi də ucuzlaşa bilər.

Bu həftənin cümə axşamı saat 19:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da neftin qiymətinə güclü təsir edəcəyi gözlənilir.

 

Qızıl

 

Əlvan metallar bazarlarında qızılın qiyməti 1196-a (qramı 38.5 dollar) kimi ucuzlaşıb. Qiymət 1207-nin (qramı 38.8 dollar) altında qaldıqca, ucuzlaşma 1181-ə (qramı 38.0 dollar) kimi davam edə bilər.


Qeyd: İnvestisiya ilə bağlı suallarınızı *1234 və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi:

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir məsuliyyət daşımır.