vaxtlı-vaxtında oxuyun! Bazar, 23 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0024 AZN
Rusiya rublu 1 RUB = 0.0256 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2562 AZN
Türk lirəsi 1 TRY = 0.2727 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
14:28 | 3 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyana növbəti ittiham

Bu dəfə saxtakarlıq

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də baş vermiş hadisə çərçivəsində yeni cinayət işi açıb. “İnterfax” xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Bildirilib ki, yüksək rütbəli polis əməkdaşları 2008-ci il fevralın 29-da Yerevanda “Azadlıq” meydanına toplaşanlardan silah və partlayıcı maddələrin olması haqqında məlumatı saxtalaşdırıblar: “Sənədi Ermənistan prezidenti Serj Sərkisyanın təsdiqlədiyi “Martın 1-i hadisələri ilə bağlı faktların toplanması qrupu” saxtalaşdırıb. Bununla da yüksək vəzifəli şəxslər qrup mənafeyindən çıxış edərək, polisin hərəkətinə bəraət qazandırmaq, qanunsuz fəaliyyəti ört-basdır etmək və məsuliyyətdən yaxa qurtarmaq üçün yalan məlumatlar təqdim edib. Martın 1-2-də baş vermiş hadisələrlə bağlı cinayət işinə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək”, “vəzifə səlahiyyətlərini aşmaq” və “qəsdən xidməti sənədləri saxtalaşdırmaq” maddələri əlavə edilib”.

2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinə etiraz olaraq minlərlə insanı iştirakı ilə aksiya keçirilib. Həmin aksiya polis və hərbçilərin müdaxiləsi nəticəsində dağıdılmış, 10 etirazçı ölmüş, 250-dən çox aksiyaçı isə yaralanmışdı. Həmin gün Serj Sərkisyanın seçkidə qalib gəldiyi elan edilmişdi.

Ermənistanda konstitusiya quruluşunun devirilməsi ittihamı əsasında keçmiş prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı cinayət işi başlayıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *