vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
19:03 | 3 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 1567 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İstənilən təhdidə qarşılıq verəcəyik”

İsrail İranın Suriyadan kənar hədəflərini vurmağa hazırlaşır

MÖVZU İLƏ ƏLAQƏLİ

“Hardan gəlirsə gəlsin, istənilən İran təhdidinə qarşılıq verəcəyik”. Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman Qüdsdə keçirilən konfransda bildirib.

“Biz özümüzü Suriya torpaqları ilə məhdudlaşdırmırıq. Bu, açıq-aşkar bilinməlidir. İranın Suriyadan kənardakı hədəflərinə hücum etməyə hazırlaşırıq”, - deyə müdafiə naziri qeyd edib.

Bununla belə, Aviqdor Liberman İranın hansı ölkələrdəki hədəflərini nəzərdə tutduğunu deməyib.

Qeyd edək ki, son zamanlar İsrail İranın Suriyadakı hədəflərinə qarı hücumlar həyata keçirib.

Onu da qeyd edək ki, bir müddət əvvəl aparıcı dünya KİV-lərində İranın İraqdakı müttəfiqlərinə 700 kilometr mənzilli ballistik raketlər göndərdiyi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlərdə iddia olunurdu ki, bu raketlər vasitəsilə Ər-Riyad və Təl-Əvivi vurmaq mümkün olacaq.