vaxtlı-vaxtında oxuyun! Bazar, 18 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9267 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1743 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3163 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:12 | 4 sentyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın “qara siyahı”sı

Jurnalistlər, müğənnilər, heykəltəraşlar, fotoqraflar - 710 nəfər

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan İngiltərənin “Arsenal” futbol klubunda çıxış edən erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi maraq doğurur.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın “Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibət bildirib.

XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub.

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”, - deyə H.Hacıyev əlavə edib.

Qeyd edək ki, Henrix Mxitaryanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslər arasında olsa da, onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər siyahısı”nda yoxdur.

Azərbaycan XİN illərdir Dağlıq Qarabağa rəsmi Bakıdan icazə almadan qanunsuz səfər edən əcnəbiləri “qara siyahı”ya salır.

Bu siyahıda olan şəxslər ölkəmizdə “arzuolunmaz şəxslər” sayılırlar. Təəssüf ki, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, regiona icazəsiz səfər edənlərin sayı az deyil.

XİN-in hazırkı siyahısında dünyanın müxtəlif ölkələrindən 179 jurnalist, 15 bloger, 12 musiqiçi, 6 tədqiqatçı, 1 alpinist, 2 mühəndis, 9 heykəltəraş, 12 fotoqraf olmaqla 710 nəfər yer alıb.

“Qara siyahı”ya 8 nəfər Türkiyə, 172 nəfər Rusiya, 42 nəfər Fransa vətəndaşının da adı düşüb.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmək istəyən şəxslərlə bağlı mütəmadi olaraq xəbərdarlıqlar edir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *