

TAP Albaniyada ən böyük xarici sərmayədir
Azərbaycanın layihəsi ABŞ üçün İrana qarşı mübarizədən vacibdir
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
Beynəlxalq ticarətdəki yüksəlişin bir nömrəli faktoru LNG olacaq
ABŞ Dövlət Departamenti Azərbaycan borusunun işə salınması haqda
“Önümüzdə yeni uğur hekayələri var”
Avropa Komissiyasının vitse-prezidenti: “Enerji birliyi Aİ sərhədlərində dayanmır”
Tədbir Türkiyədə baş tutacaq
Strateji Araşdırmalar Mərkəzi: “TAP İtaliyanın daxili işi deyil, ... ”
Foreign Policy: “Rusiya Qərbə imkan verməyəcək ki, Azərbaycandan istifadə etsin”
12 iyunda böyük açılış gözlənilir
Prezident İlham Əliyev: “Mən o ölkələrin adlarını çəkmək istərdim…”
Mərasimin tarixi bir həftə irəli çəkildi
Gələn ay rəsmi mərasim keçiriləcək
Ekspert kəmərlə İran qazının nəqlini hələlik real saymır
Almaniya Azərbaycanın zamini oldu
İtaliyanın ultrasağçı daxili işlər naziri Matteo Salvini (“Şimal liqası”) Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerlə görüşməyə və Azərbaycan qazını Avropaya nəql etməli olan Transadriatik qaz kəmərini (TAP) müzakirə etməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda “The Guardian” qəzeti yazıb.
Toni Bleyer 2014-cü ildən etibarən TAP konsorsimunun məsləhətçisidir. Onun ofisindən İtaliya daxili işlər naziri ilə planlaşdırılan görüşün səbəbi haqda birbaşa danışmaq istəməyiblər. Lakin Matteo Salvini deyib ki, o Bleyerdən boru kəməri və digər məsələlərlə fikir mübadiləsi etməyə hazırdır.
Toni Bleyer populizmin təhlükəli olduğunu diqqətə çatdıracaq və Salvinini boru kəmərinin əhəmiyyətinə inandırmağa çalışacaq.
İtaliyanın hakim hökumət koalisiyasını formalaşdıran “5 Ulduz” hərəkatı və “Şimal liqası” arasında TAP-a dair ciddi fikir ayrılıqları var. Bu ilin iyul ayında Salvini deyib ki, boru kəmərini dəstəkləyir. Çünki TAP İtaliyada qazın qiymətinin aşağı salınmasına imkan yaradacaq.
Lakin bir neçə gün sonra “5 Ulduz” hərəkatından ətraf mühit naziri Barbara Lettsi TAP-ın İtaliya üçün gərəksiz olduğunu bildirib. Və bu layihəyə yenidən baxılacağını bildirib.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək