vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
DİGƏR NÖVLƏR  
01:05 | 3 yanvar 2013 | Cümə axşamı Məqaləyə 2828 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir istisna etmədi

«Avropa Oyunlarında ümumilikdə 19 idman növü ola bilər»

apasport.az

MÖVZU İLƏ ƏLAQƏLİ

«Tarixdə ilk dəfə keçiriləcək böyük tədbirin təşkilində ölkəmizə xarici şirkət köməklik göstəriləcək. Bu, irəli sürülən təkliflər arasından tender yolu ilə seçiləcək. Nəinki Azərbaycanda, hətta Avropada bu sahədə təcrübə olmadığından belə bir addım atılıb». Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.

Rəhimov bildirib ki, idman növlərinə gəldikdə, hələlik 13 növ - həndbol, voleybol, reqbi, boks, cüdo, taekvondo, triatlon, atçılıq, badminton, kamandan oxatma, qılıncoynatma, kanoe və stolüstü tennis üzrə yarışların keçiriləcəyi dəqiqləşib. Daha 2 növün qeyri-olimpiya növü üzrə olması nəzərdə tutulub: «Biz karateni təklif etmişik. Çünki bu növ bizdə yaxşı inkişaf edib. Beynəlxalq Karate Federasiyasının prezidenti Antonio Espinozla da bu barədə söhbətimiz olub. Espinoz karatenin Avropa Oyunlarının proqramına salınmasına da müsbət yanaşır. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki idman rəqslərini təklif edir. Düzdür, mən özüm də vaxtilə Azərbaycan İdman Rəqsləri Federasiyasının prezidenti olmuşam. Amma idman rəqsləri bu tədbirə nə dərəcədə uyğundur? Ona görə də proqrama qeyri-olimpiya növü üzrə şahmatın salınması mümkündür. Güləş, su İdman növləri, gimnastika tərəfindən də problem olmamalıdır. Atletika da hazırda bu məsələni ölçüb-biçir. Ümumilikdə 19 idman növünün olması istisna deyil. Bütün növlərin sayına və tərkibinə 2013-cü il martın sonlarınadək aydınlıq gəlməlidir».
Rəhimovun sözlərinə görə, Azərbaycan tərəfi I Avropa Oyunlarının təşkilinə çox məsuliyyətlə yanaşıb. Bu məqsədlə bir neçə ay ərzində yüksək və çox peşəkar səviyyədə Sifariş Kitabı hazırlanıb. Sənəddə Bakı şəhərinin təqdimatı yer alıb. Kitabda yarışların keçirilmə yerləri də göstərilib: «Böyük tədbirlərin keçirilməsinin əsas meyarlarından biri irsdir. 2004-cü il Afina olimpiadası üçün nə qədər idman qurğusu tikildi, amma indi onlar boş qalıb. Yunanıstanın idman naziri Bakıda olarkən, təklif edirdi ki, Azərbaycan yığma komandaları təlim-məşq toplantılarını orada keçirsin. Yəni, irsiyyət məsələsi çox ciddidir. FİFA 2022-ci il dünya çempionatını Qətərə verərkən, şərt irəli sürüb ki, stadionlar dünya çempionatından sonra sökülərək, Afrika hökumətinə verilsin. Biz də hazırda mövcud olan idman qurğularından, çoxfunksiyalı qurğulardan, məsələn, «Baku Expo Center»dən istifadə edə bilərik. Eyni zamanda, qısamüddətli, müvəqqəti qurğular da hazırlana bilər. Çimərlik voleybolu üçün də Dənizkənarı bulvarda müvəqqəti qurğu salınacaq. Olimpiya Kəndi üçün isə təklif etdik ki, Heydər Əliyev prospektində yeni tikilən binalar təmir olunsun, müvəqqəti infrastruktur yaradılsın və qonaqlar orada yerləşdirilsinlər. Bütün bu məsələlər yaxın vaxtlarda həllini tapacaq. Bizim də təsir imkanımız var ki, digər növləri inkişaf etdirək. Kanoe üzrə bazamız yoxdur. Mingəçevirdəkini isə qəbul etmirlər. Triatlonu Şıxov, Bilgəh və ya Mərdəkanda keçirə bilərik. Avropa Oyunlarınadək yeni idman qurğusu tikilməyəcək».
Nazirin fikrincə, Avropa Oyunları Azərbaycanın bütün sahələrinə müsbət təsir göstərəcək: «Oyunlardan taksi sürücülərindən tutmuş könüllülərədək hamı istifadə edəcək. Onlar ən azı 4 dil biləcəklər. Artıq Azərbaycanca, türkcə və rusca çoxları danışa bilir. Daha bir dil - məsələn, ingiliscə və ya fransızca bilsələr, bu böyük qürur hissi yaradacaq».