vaxtlı-vaxtında oxuyun! Cümə, 21 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
18:02 | 4 sentyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zaur Tağızadənin susqunluğu ...

... Yaxud Əhməd Ələsgərovun 19 il əvvəlki möcüzəsi

Bu gün Azərbaycan futbol tarixinin azsaylı unudulmaz uğurlarından birindən 19 il ötür. Portuqaliya ilə Bakıda iki gün (ilk gündə o boyda beynəlxalq oyunda stadionun projektoru təxribat nəticəsində söndürülmüş və matç ertəsi günü davam etdirilmişdi) davam edən görüşdə bizimkilər sensasiyaya imza ataraq heyətində Luiş Fiqu, Rui Koşta, Vitor Baya kimi superulduzların oynadığı komandadan bir xal ala bilmişdi.

O vaxt bizə az qala möcüzə kimi görünən bu uğurun səbəbkarlarından biri heç şübhəsiz, millinin həmin dövrdəki baş məşqçisi, rəhmətlik Əhməd Ələsgərov idi.

Bu matçı xatırlayan jurnalist Anar Şabanoğlu yazır (Qol.az, 03.09.2017): “Uğurun başlıca səbəbkarı hələ oyundan bir gün əvvəl keçirilən mətbuat konfransında “Kto takoy Fiqu? Koqda u nas yest takiye iqroki kak Kamal, “Baxa”, Adaim!” (Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?) deməklə komandamıza fantastik motivasiya verən rəhmətlik baş məşqçi Əhməd Ələsgərov idi. Ələsgərovun bu sözlərini eşidəndə əvvəlcə "Adam qocalıb, dünya futbolunu izləmir, hətta Fiqunu tanımadığından ağzına gələni danışır" deyib lağa qoymuşduq...”

Amma ertəsi həm də güclü futbol psixoloqu olan Ələsgərov hamını yanıltmışdı. Sonradan AFFA-nın milliyə gətirdiyi uğursuz Foqts isə elə Portuqaliya millisi ilə səfərdəki oyundan əvvəl demişdi: “Biz bura udmağa gəlməmişik”. İki məşqçi arasındakı fərqi bu yanaşmayla göstərib gələk Zaur Tağızadəyə. Vitor Bayanın – nəhəng “Barselona”nın o vaxtkı qapıçısının ayaqları arasından qol keçirən oğlana.

Azərbaycan futbolunun 1990-cı illərin sonları yetişən ən istedadlı, amma bəxtsiz (tez-tez aldığı zədələrə görə) nümayəndəsi. O oyunla bağlı mediada yetərincə yazı gedib, onun üzərinə qayıtmağı lüzum görmürəm. Amma bir məsələ təəssüf, həm də sual doğurur. Zaur Tağızadə ən azı bu mövzuda nə vaxta qədər susmalı olacaq? Əslində Tağızadəylə “525-ci qəzet” üçün 2000-ci ildəki geniş müsahibəmdə buna toxunmuşdum (məndən əvvəl isə deyəsən, Anar Şabanoğlu “Futbol+” qəzetində Zaurla söhbətində bununla bağlı suallar vermişdi). Heyf ki, həmin müsahibəni arxivdən axtarıb tapmaq uzun zaman alacaq.

Odur ki, ümid edək, yaxın vaxtlarda hamımızın həm də bir tərbiyəli, mədəniyyətli insan kimi tanıdığı Zaur bu “qapalılıq sindromu”ndan əl çəkərək media önünə çıxacaq, ən azı həmin oyun, yaxşı olardı ki, həm də elə futbolumuzun bugünkü durumuyla bağlı da fikirlərini söyləyəcək. Bu işdə indi ona bir böyük kimi az-çox təsir edə biləcək bir nəfər də var - Qurban Qurbanov. Hansı ki, Zaur bu gün “Qarabağ”da onun köməkçilərindən biri kimi çalışır.

Çünki milli komanda fərdlərə deyil, bütün millətə məxsusdur. Və onun uğurları və uğursuzluqları ilə bağlı zamanında o komandanın formasını geyinən, çalışdıran hər bir kəs ictimaiyyətə fikirlərini, hislərini bildirməli, yeri gəlsə hesabat verməlidir.

Yoxsa futbol tariximizdəki az-az uğurlarda payı olan insanların adı tarixdə quruca statistika ilə qalacaq. Buna layiq olmadıqları halda.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *