vaxtlı-vaxtında oxuyun! Cümə, 21 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
18:14 | 5 sentyabr 2018 | Çərşənbə Məqaləyə 500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yapon nazir Bakiya 4 təkliflə gəlib

Rəsmi Tokio GUAM-a maraq göstərir

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaponiyanın xarici işlər naziri Taro Kono sentyabrın 5-də Azərbaycana səfər etdi. Bu Yaponiya xaric işlər nazirinin 19 il sonra Azərbaycana ilk səfəri idi. Yapon nazir Bakıda əvvəlcə prezident İlham Əliyevlə görüşdü.

Azərbaycan prezidenti və Yaponiyanın xarici işlər naziri iki ölkə arasındakı münasibətlərin yaxşı səviyyədə olduğunu bildirdilər. Yaponiyanın xarici işlər naziri daha sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü.

Yaponiya Asiya ölkələri içərisində Azərbaycanın əsas tərəfdaşlarından biridir. Məsələn, Yaponiyanın “İtoçi” və “İnpeks” şirkətlərinin uzun illər “Azəri-Çıraq-Günəşli” (AÇQ) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələrində pay sahibi olduqlarını vurğulamaq lazımdır. “Azəri-Çıraq-Günəşli” üzrə müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılıb. Bu o deməkdir ki, Yaponiyanın enerji şirkətləri Azərbaycanla əməkdaşlığı növbəti illərdə də davam etdirəcəklər. “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm nöqtədə yerləşir və Cənubi Qafqazda Tokionun əsas tərafdaşıdır” – bu Yaponiya xarici işlər nazirinin Bakıda söylədiyi əsas fikirdir. Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək istəyir.

Yaponiyanın xarici işlər naziri Bakıya konkret təkliflərlə gəlib.

Birinci təklif. Yaponiya iki ölkə arasında birbaşa aviareyslərin açılmasında maraqlıdır və bu, turizm sahəsində əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu təklif Azərbaycan üçün də vacibdir. İlham Əliyev Yaponiyanın xarici işlər naziri ilə görüşdə Azərbaycanda turizmə diqqətin artırıldığını bildirdi. Yaponiya vətəndaşları səyahət etməyi xoşlayırlar. Birbaşa aviareys açılarsa Azərbaycana səyahət edən yaponların sayı artar.

İkinci təklif. Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib. Bu da qarışlılıqlı əməkdaşlıq üçün faydalıdır, turizmin inkişafına təkan verə bilər.

Üçüncü təklif . Yaponiya Azərbaycanla qarşılıqlı investisiyaların artırılması barədə müzakirələr aparmağa hazırdır. Yaponiya biznesi Azərbaycanda geniş şəkildə təmsil olunur. Azərbaycanda 30-dan çox Yaponiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda Yaponiya Azərbaycan iqtisadiyyatına, təxminən, 7 milyard dollar sərmayə qoyub, bunun da 100 milyon dolları qeyri-neft sektoruna aiddir. Bu Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir.

Dördüncü təklif. Yaponiya “Cənubi Qafqaz təşəbbüsü” adlı prosesi başlatmaq istəyir. Yaponiyanın xarici işlər nazirinin sözlərinə görə, bu təşəbbüs iki pillədən ibarət olacaq. Birinci pillə dövlət quruculuğuna dəstək layihəsi adlanır. Bu pillədə dövlət məmurlarının, o cümlədən gənc diplomatların və hüquqşünasların təcrübə mübadiləsinin aparılması planlaşdırılır. İkinci pillədə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Beləliklə, rəsmi Bakının Yaponiyanın 4 təklifini müsbət dəyərləndirməsi vacibdir. Bu təkliflərin reallaşması Azərbaycanla Yaponiya arasındakı münasibətləri daha da gücləndirə bilər. Yaponiya Azərbaycandan keçən “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinə də maraq göstərir. Doğrudur, Yaponiyanın bu dəhlizlərdən neçə istifadə edə biləcəyi sualı açıq qalır. Ancaq dünya iqtisadiyyatında mühüm pay sahibi olan Yaponiya müxtəlif enerji və nəqliyyat layihələrindən kənarda qalmaq istəmir və iştirakının mümkünlüyünü nəzərdən keçirir. Asiyada Yaponiya ilə Çin arasında rəqabət var. Çinin maraq göstərdiyi regional layihələrə Yaponiya da maraq göstərir və qonşusundan geri qalmaq istəmir. Yaponiya illərdir Azərbaycanın müxtəlif bölgələrində su və bitki layihələri də maliyyələşdirir ki, bu bölgələrdə yaşayanlar üçün az əhəmiyyətli deyil.

Yaponiya GUAM-a da maraq göstərir. Təsadüfi deyil ki, bu ilin sentyabrın 20-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində növbəti dəfə GUAM-Yaponiya görüşünün keçirililəcək. Yaponiyanın GUAM-la əməkdaşlığı Azərbaycan üçün vacibdir. Çünki bu yolla Yaponiya GUAM-a üzv olan ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etmiş olur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)