vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
20:20 | 4 sentyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 1801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Braziliya bir gecədə ən qədim muzeyini itirib

200 yaşlı muzeydə 20 milyondan çox eksponat saxlanılırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rio-de-Janeyro şəhərində yerləşən Braziliya Milli Muzeyi yanaraq məhv olub. Ölkənin ən qədim muzeyində yanğın sentyabrın 2-də axşam saatlarında başlayıb və qısa müddətdə alov bütün binanı bürüyüb.

Yanğının səbəbləri hələlik dəqiq məlum olmasa da, ölkənin mədəniyyət naziri bunu uzun illər mühafizə və təhlükəsizlik sahəsində davam edən səhlənkarlığın nəticəsi kimi dəyərləndirib.

“İki yüz illik işlər, tədqiqatlar və biliklər itirildi”, - Braziliya Prezidenti Mişel Temer özünün “Twitter” səhifəsində belə yazıb.

Qeyd edək ki, 1818-ci ildə Portuqaliya kralı VI Juan tərəfindən əsası qoyulan Braziliya Milli Muzeyində 20 milyondan çox eksponat saxlanılırdı. Muzeyin ekspozisiyasına Şimali və Cənubi Amerikanın heyvan, mineral, daşlaşmış qalıqlar, mumiya və hindu əşyalarından ibarət ən iri kolleksiyalarından biri daxil idi.

Yanğın nəticəsində heç kim xəsarət almayıb.