vaxtlı-vaxtında oxuyun! Cümə, 21 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
18:13 | 5 sentyabr 2018 | Çərşənbə Məqaləyə 400 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böyük şair və görkəmli bəstəkarın sənət incisi

Ankarada “Məhəbbət əfsanəsi” baletinin yeni quruluşda ilk təqdimatı olub

Ankarada türk dünyasının iki böyük sənət adamı – Nazim Hikmət və Arif Məlikovun yaradıcılığının dünya mədəni irsinə bəxş etdiyi sənət incisi olan “Məhəbbət əfsanəsi” baletinin yeni quruluşda ilk təqdimatı keçirilib.

Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun 85 illik yubileyi çərçivəsində səhnəyə qoyulan əsər böyük uğur qazanıb. Məşhur Bilkənd Odeon konsert salonunda xüsusi ajiotaj yaradan təqdimatı Türkiyənin müxtəlif bölgələrindən 4 minə yaxın sənətsevər izləyib.

Nazim Hikmətin “Məhəbbət əfsanəsi” pyesi üzrə yazılmış libretto əsasında Arif Məlikovun 1960-cı ildə yazdığı balet Ankarada “Fərhad və Şirin” adı ilə yeni və orijinal quruluşda ilk dəfə təqdim edilib.

Tamaşanın başlaması ilə Arif Məlikov musiqisinin ecazkar təsiri salonu bürüyüb.

Azərbaycanlı dirijor, Əməkdar incəsənət xadimi Elşad Bağırovun rəhbərliyi altında Bilkənd simfonik orkestrinin uğurlu ifası Türkiyənin tanınmış balet ustaları Özge Başaran, Eren Keleş və Mine İzginin çıxışı ilə birlikdə tamaşaçıları Fərhadla Şirinin əfsanəyə qovuşan məhəbbətinin əsirinə çevirib.

Azərbaycanlı tamaşaçıların da yaxşı tanıdıqları məşhur aktyorlar Aslı Tandoğan və Mert Fıratın pyesi səsləndirməsi isə layihəni uğurlu bir yenilik kimi təqdim edib. Tamaşa Nazim Hikmətin pyesdə qabartdığı “bir insana olan sevginin, insanlığa, insanların xeyrinə olan sevgi ilə mübarizə yox, vəhdət təşkil etməsi” fikrini, bu mövzunun günümüzdəki aktuallığını bir daha nümayiş etdirib.

Ankara səhnəsindəki möhtəşəm tamaşa Türkiyə sənətsevərləri tərəfindən əsl mədəniyyət bayramı kimi qəbul edilib.

Zəngin mədəniyyətimizi qardaş ölkədə bir daha uğurla nümayiş etdirən bu layihə Arif Məlikovun 85 illik yubileyinə dəyərli töhfə olub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *