vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
20:00 | 20 fevral 2014 | Cümə axşamı Məqaləyə 2073 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yanukoviç silah payladı

Öldürülənlərin sayı 60 nəfəri keçdi, Putin Rusiya ombudsmanını Kiyevə vasitəçi göndərdi

AYGÜN

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 20-də Ukrayna daxili işlər naziri vəzifəsini icra edən Vitali Zaxarçenko televiziya çıxışında bildirib ki, milisə döyüş silahları paylanıb və həmin silahlardan «Milis haqqında» Qanunun tələblərinə uyğun istifadə ediləcək: «Ukrayna Təhlükəsizlik Xidməti yanında Antitterror Mərkəzində aparılan müzakirələr zamanı mən bir sıra əmrlər imzaladım. Bu əmrlərdən biri milislərin qanunun tələblərinə uyğun olaraq döyüş silahı işlətməsi haqqındadır».

Musavat.com yazır ki, Zaxarçenkonun bu açıqlamasından az sonra Kiyevdəki döyüşlər daha amansız xarakter alıb. İndiyə qədər müxalifətçiləri daha çox ayaqlarından güllələyən hökumət qüvvələri döyüş qaydalarına uyğun davranmağa başlayıb. Bir saat ərzində təxminən 60 müxalifətçi öldürülüb. «Azadlıq» Partiyasından Ali Rada üzvü Svyatoslav Xanenkonun açıqlamasına görə, Zaxarçenkonun son əmrindən sonra həlak olanların çoxu başından güllə yarası alanlardır:»Hakimiyyət qüvvələri dinc vətəndaşlara baş, boyun, sinə və qarın nahiyələrindən atəş açır. Bu dövlət terrorudur. Biz Ukrayna müxalifəti olaraq demokratik dünyanı Ukraynada axan qanı bir an öncə durdurmaq üçün hərəkətə keçməyə çağırırıq».

Kiyev küçələrindən davam edən canlı yayımda şəhərdə xeyli snayper olduğu görünür. Zirehli geyimdə olan «Berkut»un sıralarında görünən snayperlər bir neçə nəfərin mühafizəsi altında müxalifət barrikadaları istiqamətini nişan alır.

***

Rusiya prezidenti Vladimir Putin ombudsman Vladimir Lukini vasitəçilik missiyası ilə Kiyevə göndərib. Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

«Ukrayna tərəfinin təşəbbüsü ilə bu gün Putinlə Yanukoviç arasında telefon danışığı olub. Danışıqlar zamanı Yanukoviç Rusiya dövlət başçısına Ukrayna müxalifəti ilə danışıqlar prosesində vasitəçi qismində iştirak eləmək üçün Kiyevə Rusiyanın nümayəndəsini göndərməyi təklif edib» - deyib Putinin sözçüsü.

Onun sözlərinə görə, Kreml başçısı da bu missiyanı Lukinə həvalə edib. «Məlum olduğu kimi, Vladimir Petroviç Lukin diplomatik xidmət sahəsində zəngin təcrübəyə, hüquq müdafiəçiləri arasında böyük nüfuza malikdir və böyük bir müxalifət partiyasının rəhbəri olub» – əlavə edib Peskov.