vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
11:48 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 1947 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreml hamını fakt qarşısında qoyur

... Yaxud “Sülhpərvər” siyasətin konkret misalları...

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın “sülhpərvər” siyasət yürütdüyü, qonşularla tərəfdaşlıq münasibətlər qurduğunu deyənlərə Moskvanın siyasəti ilə bağlı son iki addımını misal çəkmək istəyirəm. Rusiya prezidenti Vladimir Putin Tehranda İdlib mövzusunu Türkiyə və İran prezidentləri ilə müzakirə etməyə 3 gün qalmış bu şəhəri bombalamağa qərar verdi və türkiyəli həmkarını pis vəziyyətdə qoydu.

Kreml nədən Rusiya-Türkiyə-İran zirvə toplantısına saatlar qala İdlibi bombardman etdi? Kremlin məqsədi Türkiyəni fakt qarşısında qoymaqdır. Məlumdur ki, Ankara İdlibə hücuma tənqidi yanaşır. Çünki, İdlib Türkiyə sərhəddinə yaxındır, qaçqın axını və qətliam ehtimal var ki, Ankara məhz buna görə illərdir Bəşər Əsəd rejimini tənqid edir.

Buna baxmayaraq, Ankara İdlibə görə Astana prosesindən çıxıb Rusiya və İranla münasibətləri gərginləşdirmək də istəmir. Kreml Türkiyənin ABŞ-la gərgin münasibətlərindən istifadə edərək də İdlibə hücum təşkil edir. Bilir ki, Ankara eyni zamanda həm Vaşinqton, həm də Moskva ilə münasibətləri gərginləşdirmək lüksünə malik deyil. Əlbəttə, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan simasını qorumaq üçün Rusiya və İrandan İdlib məsələsində Türkiyənin həssasiyyətini nəzərə almasını istəyəcək, ancaq Ankara İdlibin Suriya və Rusiya hərb maşınının nəzarəti altına keçməsinə mane olmayacaq. Bəlkə də Ankara İdlibi güzəştə gedib Rusiya və Bəşər Əsər rejimindən kürdlərə muxtariyyat verməməyi tələb edəcək.

Başqa misal: Sentyabrın 11-də Vladivostokda Şərq İqtisadi Forumu təşkil olunacaq. Foruma Yaponiyanın baş naziri də dəvətlidir. Elə həmin gün Rusiya Uzaq Şərqdə, Yaponiya sahillərinə yaxın 1981-ci ildən bu yana ən böyük hərbi təlimlərini keçirməyə qərar verib. Özü də təlimlərdə Yaponiyanın rəqibi Çin də iştirak edəcək.

Kreml Ərdoğanda olduğu kimi Vladivostok forumu günü ərəfəsində Yaponiyanın baş naziri Sindzo Abeni də “fakt” qarşısında qoyub. Yəni həm Ankaraya, həm də Tokioya demək istəyirlər ki, “görüş və müzakirələr öz yerində, ancaq bundan əvvəl mənim hərbi gücümü görməlisən!”. Başqaları ilə də davranış eyni deyilmi? Xəzərin statusunu müəyyənləşdirən Konvensiya imzalandıqdan və bölgədə barış açıqlamaları verildikdən bir gün sonra Rusiya müdafiə naziri Dağıstana gedərək Xəzərdə hərbi güclərini və hərbi limanlarını gücləndirəcəklərini elan etdi.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)