vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BANK, BİRJA, SIĞORTA  
21:52 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 2047 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Faktlar proqnozları üstələdir

Məlumatlar gözləndiyindən daha kritik oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da avqustda kənd təsərrüfatı xaric məşğulluq 201 min artaraq proqnozu aşıb. Proqnoz 190 min idi. Əvvəlki ayın göstəricisi 157 mindən 147 minə dəyişdirilib.

Avqustda işsizlik 3.9 faiz səviyyəsində olub. Proqnoz 3.8 faiz idi.

Saatlıq maaş aylıq müqayisədə 0.4 faiz artaraq 0.2 faizlik proqnozu üstələyib. Əməkhaqqılarında illik müqayisədə artım isə 2.9 faiz olub. Proqnoz 2.7 faiz idi.

Faktların proqnozları üstələməsilə dollar bahalaşmağa başlayıb. Bakı vaxtı ilə saat 17:00-da avronun dollara olan məzənnəsi 1.1552 səviyyəsinə düşüb. Dollar avro qarşısında 0,5 faiz dəyər qazanıb.

Güclü rəqəmlər, FED-in buaykı toplantısında və dekabrda faiz artıracağı ehtimalını yüksəldib.