vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
12:38 | 21 sentyabr 2018 | Cümə Məqaləyə 2339 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp yenə divar hörmək istəyir

Bu dəfə başqa qitədə...

Əvəz ZEYNALOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp İspaniya hakimiyyətinə miqrasiya problemini həll etmək üçün təklif verib.

“The Guardian” xəbər verir ki, Tramp İspaniyaya da Sahara səhrasından keçən nəhəng divar tikməyi təklif edib.

Bu barədə nəşrə İspaniyanın xarici işlər naziri Jozep Borrel bildirib.

İspan siyasətçiləri Trampa Sahara çölünün 4,8 min km uzandığını bildirsələr də ABŞ prezidenti bu ifadələri şübhə ilə rədd edib.

“Sahara sərhədi bizim Meksika ilə sərhədimizdən uzun ola bilməz” – Tramp bildirib.

Qeyd edək ki, prezident Tramp ABŞ-ın Meksika ilə 3,2 min km uzunluğunda olan sərhədində divar tikintisini başladıb. Bu divar ölkəyə miqrantların keçəsinin qarşısını almaq məqsədi ilə tikilir.