vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
18:35 | 18 sentyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 3035 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan-İsrail dostluğu

Dövlət maraqları və əsrlərin sınağı - I yazı

Ramin ƏHMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın xarici siyasətində İsraillə münasibətlər xüsusi çəkiyə malikdir. Bu isə heç şübhəsiz ki, təkcə qarşılıqlı maraqlara deyil, həm də Azərbaycan və yahudi xalqları arasında əsrlərin sınağından çıxmış dostluq münasibətlərinə söykənir.

İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölklərdən biridir. Bu tarixi fakt 25 dekabr 1991-ci ildə qeydə alınıb. 1993-cü ildən İsrailin Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında diplomatik münasibətlərin genişlənməsində Ulu Öndər Heydər Əliyevin böyük rolu olub. 1995-ci ildə İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda Heydər Əliyev İsrailin o vaxt xarici işlər naziri Şimon Pereslə, elə həmin il də baş nazir İshaq Rabinlə görüşərək iki ölkə arasında əlaqələri genişləndirəcək təməllər atdı. 1996-cı ildə Ulu Öndər İsrailini dövlət və hökumət başçıları ilə təmaslarını davam etdirdi. Nəhayət 1997-ci ilə İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycan səfər edərək Heydər Əliyevlə görüşdü. Bu səfərdən əvvəl baş nazir Benyamin Netanyahu Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasına köməklik göstərməyə hazır olduqlarına dair bəyanat vermişdi və Bakıdakı görüşdə Heydər Əliyev bu bəyanatı yüksək qiymətləndirərək iki xalq arasında mehriban münasibətlərdən geniş söz açmışdı. Xatırlayırıq: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır". Ulu Öndər İsraillə əlaqələrə dair demək olar ki, bütün çıxışlarında iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinin zəruri olduğunu vurğulayırdı və bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İ.Əliyev İsrailin dövlət və hökumət başçıları ilə bu vaxta qədər bir sıra görüşlər keçirib. Onun Şimon Pereslə 2006-cı ilin iyun ayında Astanada, 2008-ci ilin avqust ayında Pekində, 2009-cu ilin yanvar ayında Davosda və həmin ilin iyun ayında Bakıda keçirdiyi görüşlər tarixi hadisələr kimi yaddaşlarda qalıb. Şimon Peresin səfəri zamanı kommunikasiya, eləcə də elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilələr imzalanıb. Həmin səfər zamanı Şimon Peresin iki ölkə arasında əlaqələr barədə dediklərini xatırlayaq: “Azərbaycanın İsrailin regionda yaxın tərəfdaşıdır. İkitərəfli əlaqələrin dinamik inkişafında rəsmi Bakının səylərini yüksək qiymətləndiririk”. Bununla yanaşı, Şimon Peres Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə İsrailin beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini açıqlayaraq, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəklədiklərini vurğuladı: “İşğala baxmayaraq, siz öz mədəniyyətinizi və nikbinliyinizi qoruyub saxlaya bildiniz. Səkkiz milyondan çox əhalisi olan ölkədə bir milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram. Bu, o deməkdir ki, hər 8 nəfərdən biri qaçqın və məcburi köçkündür. Siz bu məsələnin öhdəsindən lazımınca gəlirsiniz".

Şimon Pereslə görüşdən sonra Prezident İlham Əliyevin açıqlaması bir daha göstərdi ki, Azərbaycan öz xarici siyasət kursunda İrsaillə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir: "Bu gün biz ikitərəfli əlaqələrə dair vacib məsələləri, regional inkişaf məsələlərini, o cümlədən beynəlxalq əhəmiyyət daşıyan məsələləri nəzərdən keçirdik. İkitərəfli əlaqələr haqqında danışarkən əminəm ki, əlaqələrimiz bundan sonra daha da güclənəcəkdir. Bizim iqtisadi əməkdaşlığımızın çox yaxşı perspektivləri var. Biz kənd təsərrüfatı, turizm, elm, texnologiyalar sahəsində əməkdaşlıq haqqında da danışdıq, səhiyyə sahəsinə də toxunduq. Əminəm ki, bu sahələrdə və bir çox digər yeni sahələrdə yaxşı həll variantlarını tapa bilərik ki, onlar bizi bir-birimizə daha yaxın etsin" .

 

***

 

Sonrakı illərdə iki ölkə arasında münasibətlər daha da istiləşdi. Siyasi, hərbi-texniki və regional təhlükəsizlik sahələrində olduqca sıx əməkdaşlıq nümunələri yaradıldı və diplomatik əlaqələrin yarandığı ilk illərdən təməli qoyulmuş strateji xətt öz bəhrəsini verməyə başladı – İsrail Azərbaycanın Yaxın Şərqdəki ən yaxın və etibarlı müttəfiqinə çevrildi. Əməkdaşlığın ilk günlərindən elan olunan mövqe yeni dövrün tələbləri, geosiyasi müstəvidə oyun qaydalarının dəyişməsi və bir çox hallarda ədalətsiz prinsiplərə söykənməsinə baxmayaraq, İsrailin Azərbaycana münasibəti xüsusunda heç nə dəyişmədi. Eləcə də Azərbaycan, hətta qonşu ölkələrin müəyyən mənada narazılığı və münasibətlərin xarakterini yalnış istiqamətdə şərh etmələri fonunda İsraillə dostluq və tərəfdaşlıq ənənəsinə sadiq qaldı, öz mövqeyindən bir addım da olsa geri çəkilmədi. Nəticədə iki ölkə arasında münasibətlər ən yüksək səviyyəyə çatdı desək, yəqin ki, yanılmarıq. Eyni zamanda, İsrailin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində elan etdiyi mövqe də bu müddət ərzində xarakterini dəyişmədi. Bu gün də İsrail rəsmiləri Azərbaycanın haqlı mövqeyinin dəstəkləndiyini açıq şəkildə bəyan edirlər.

 

***

 

İkitərəfli əlaqələrin bugünkü səviyyəsinin əldə olunmasında İsrailin baş naziri Benyamin Netanyahunun 2016-cı ildə Bakıya səfəri böyük rol oynadı. Bu səfərdən sonra informasiya texnologiyaları, hərbi-texniki, kənd təsərrüfatı və sair sahələr üzrə nəzərçarpacaq irəliləyişlər əldə olundu, yeni əməkdaşlıq sahələri müəyyən edildi. Bu da təsadüfi deyildi. 2016-cı ilin dekabrında keçirilən görüşdən sonra əlaqələrin daha da dərinləşəcəyinə dair mesajlar verilmişdi. Baş nazir Benyamin Netanyahunun Bakıdakı bəyanatlarını xatırlayaq: “Azərbaycan ilə İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər, yaxın dostluq var. Siz tolerantlıq, inklüzivlik ənənəsini qoruyub saxlamısınız. Yəhudilər özlərini burada çox rahat hiss edirlər. Sizinlə bizim aramızda ortaq dəyərlər var. Energetika Azərbaycan və İsrailin sıx şəkildə əməkdaşlıq etdiyi sahələrdən yalnız biridir. Kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və istənilən digər sahədə birlikdə möcüzələr yarada biləcəyimizə inanırıq. Bu cür əməkdaşlığı alqışlayırıq. Çünki düşünürük ki, nəticə etibarilə malik olduğumuz ən böyük resurs budur. Lakin düşünürəm ki, əlaqələrimiz mövzusunda nadir olan xüsusiyyət başqa bir şeydir. İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var. Əgər gələcəyin necə ola biləcəyini görmək istəyirlərsə, Azərbaycana gəlib İsrail ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlığı görə bilərlər. Bu, sadəcə hər iki ölkə və xalq üçün yaxşı əlaqələrlə bərabər, həm də bütün region və dünya üçün faydalıdır".

Göründüyü kimi, Benyamin Netanyahu iki ölkə arasındakı münasibətlərin səviyyəsi, bu səviyyənin əldə olunmasında Azərbaycanın böyük rol oynadığını və ölkəmizin nəinki region, bütün dünya üçün nümunələr yarada bildiyini açıq şəkildə bəyan etdi. Baş nazirinin möcüzələr gözlədiyinə dair dedikləri isə, yuxarıda da qeyd etdiyimiz kimi, əlaqələrin daha da yaxınlaşdırılacağına açıq işarə idi.

 

***

 

Aydındır ki, xarici siyasət hər bir dövlətin dünya müstəvisində təsir imkanlarının genişləndirilməsinə, güclü və dayanıqlı mövqelərin əldə olunmasına hədəflənir. Dövlətçiliyin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlərdir. Mürəkkəb gedişli və dünya güclərinin hikkəli davranışlarının təsiri altında olan qlobal siyasətdə müstəqil xətt yürütmək olduqca çətindir. Lakin Azərbaycan Prezidenti öz xarici siyasətində yuxarıda qeyd etdiyimiz prinsipləri heç nəyə qurban vermədən beynəlxalq münasibətlər sistemində dövlətimizin mövqelərini möhkəmləndirməyə müvəffəq ola bildi. İlham Əliyev ona nail oldu ki, Azərbaycanın müstəqil siyasətini dünya gücləri də qəbul etmək məcburiyyətində qaldılar. Azərbaycanın İsraillə münasibətlərinin dərinləşməsi də elə məhz İlham Əliyevin müstəqil siyasətinin nəticəsidir. Zaman göstərdi ki, bu, olduqca dəqiq seçimdir və bütün parametrlər üzrə Azərbaycanın dövlət maraqlarına cavab verir. Ortada ciddi göstərici var: Azərbaycan son 10 ildə İsrailə 5 milyard dollara yaxın hərbi sifarişlər verib. Azərbaycan Ordusunun təchizatında İsrail ikinci yerdə dayanır. Bu ölkə isə idxal etdiyi neftin təxminən yarısını Azərbaycandan alır. Müşahidələr və təhlillər göstərir ki, bu strateji xətt davam etdirilməli və iki ölkə arasında münasibətlərin bu günkü yüksək səviyyəsi qorunub saxlanılmalıdır.