vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
11:18 | 24 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 2135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ticarət müharibəsi şiddətlənir

Yeni vergi qüvvəyə mindi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Prezidenti Donald Trampın 200 milyard dollarlıq Çin məhsullarına qarşı yeni gömrük tarifi Bazar ertəsi günü qüvvəyə minib. Dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət müharibəsi şiddətlənir.

ABŞ-ın, donmuş ətdən televiziya komponentlərinə qədər 200 milyard dollarlıq idxal Çin mallarına qarşı yeni vergi tarifi, Vaşinqton saatı ilə gecə yarısından sonra (Pekində günün ortasına uyğun gəlir) qüvvəyə minib.

Çin 60 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edərək qarşılıq verməyə hazırlaşır. ABŞ Prezidenti Donald Tramp, Çinin 60 milyard dollarlıq vergi tətbiq etməsi vəziyyətində əlavə 267 milyard dollarlıq Çin məhsullarına yeni vergi tarifinin tətbiq ediləcəyi barədə xəbərdarlıq etmişdi.