vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
11:19 | 8 oktyabr 2018 | Bazar ertəsi Məqaləyə 2151 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampın namizədi ömürlük seçildi

Respublikaçılar Ali Məhkəmədə üstünlüyə sahib olur

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Hillari Klintonun məğlubiyyəti demokratlara baha başa gəlməkdədir.

Ötən gecə (bizim vaxtla) Həbib - Makqreqor döyüşündən daha vacib mübarizə ABŞ Senatında gedirdi: Ali Məhkəmədə boş qalmış yerə Trampın irəli sürdüyü namizədin - Brett Kavanonun (Brett Kavanaugh) təsdiqlənməsi prosedurunun finiş mərhələsi idi. Kavano 50-48 səslə Ali Məhkəmənin hakimi vəzifəsinə ömürlük təsdiqləndi. (Senatda 51 respublikaçı, 49 demokrat var.)

Bu proses demokratlar və respublikaçılar arasında amansız mübarizə və böyük qalmaqalla müşayiət olundu. Üç qadın B.Kavanonu yeniyetmə və gənclik illərində onlara qarşı seksual zorakılıq əməli törətməkdə ittiham etmişdi və onlardan biri, professor Kristin Ford Senatda ifadə verdi. Bundan sonra FBI məsələ ilə bağlı qısamüddətli araşdırma apardı, lakin ittihamlara dair dəlil-sübut tapılmadığı açıqlandı. (Demokratlar kifayət qədər araşdırma aparılmadığını bildirir.)

B.Kavanonun təyinatının bu qədər hay-küy, böyük gərginlik və qarşıdurma ilə müşayiət olunmasının səbəbinə gəldikdə isə, bunu Ali Məhkəmənin ABŞ sistemindəki və ümumən toplumdakı rolu ilə izah etmək mümkündür. Əvvəla, ABŞ Ali Məhkəməsi ən yüksək instansiya olmaqla birlikdə, həm də Konstitusiya Məhkəməsi funksiyasını yerinə yetirir. Yəni qanunların, prezidentin qərar və sərəncamlarının Konstitusiyaya uyğunluğunu yoxlamaq, onları qüvvədən salmaq hüququna malikdir. İkincisi, Ali Məhkəmənin qərarları federal səviyyədə presedent yaradır. Ştatların yerli məhkəmələri, federal statuslu apellyasiya məhkəmələri, bir sözlə, bütün aşağı məhkəmələr bu presedentə uyğun qərarlar çıxarmaq məcburiyyətindədir. Üçüncüsü, Ali Məhkəmə ABŞ-dakı iki dünyagörüşün və fəlsəfənin (liberal - mühafizəkar) hüquq müstəvisində toqquşması zamanı son sözü deyən orqandır. Bu səbəblə, hər prezident çalışır ki, Ali Məhkəmədə yer boşalanda öz dünyagörüşünə yaxın hakimin namizədliyini irəli sürsün.

Tramp seçildikdən bəri çox qısa zaman kəsiyində 2 dəfə bu qızıl fürsəti əldə etdi. O, iqtidara gələrkən 9 üzvdən ibarət Ali Məhkəmədə qüvvələr nisbəti bərabər idi: 4 liberal və 4 mühafizəkar hakim. Hələ prezident seçkilərindən əvvəl - 2006-cı ilin fevralında Ali Məhkəmənin mühafizəkar hakimlərindən biri (Antonin Skalia) vəfat etmişdi. Obama onun yerinə namizəd irəli sürsə də, Senatdakı respublikaçı çoxluq seçkilərə çox az müddət qaldığını səbəb (bəhanə) göstərərək və bu məsələni yeni prezidentin həll etməli olduğu arqumentini önə sürərək proseduru blokladı. Trampın gələr-gəlməz Skalianın yerinə irəli sürdüyü mühafizəkar hakim, təmiz reputasiyalı Nil Qorsaç Senatda problemsiz təsdiqləndi. Bu ilin iyununda isə Ali Məhkəmənin 82 yaşlı üzvü Entoni Kennedi istefaya getdi. Kennedi 1988-ci ildə Ronald Reyqanın nominantı kimi Ali Məhkəməyə seçilmişdi və kağız üzərində mühafizəkar sayılırdı, lakin o, libertarian baxışlara malik idi və tez-tez liberal hakimlərlə birlikdə qərar verirdi. (Məsələn, eyni cinslilərin nikahına icazə, qadınların abort hüququnun təsbit olunması və s.) Bu səbəblə, Kennedinin istefası respublikaçılar üçün göydəndüşmə oldu və onlar bu fürsəti əldən vermədilər. Eyni səbəblə Senatdakı demokratlar başda olmaqla, liberal və sol kəsim bütün ölkə boyu ayağa qalxaraq ən azı noyabrdakı seçkilərə qədər Kavanonun təyinatını əngəlləməyə çalışdı, lakin alınmadı.

Beləliklə, Ali Məhkəmədə mühafizəkarlar üstünlüyü ələ keçirdilər. Bu, ölkənin getdikcə daha çox liberallaşmasından, milli identikliyin yox olma təhlükəsindən ciddi narahatlıq duyan qatı mühafizəkar, ağ millətçi-protestant amerikalılar üçün böyük qələbədir. (Trampın seçilməsində bu qorxular mühüm rol oynayıb.)

Demokratlar üçün daha pis perspektiv odur ki, Ali Məhkəmənin hazırkı üzvlərindən ən yaşlı olanlar məhz liberal hakimlərdir: 1933-cü il təvəllüdlü Rut Ginzburq və 1938-ci il təvəllüdlü Stiven Brayer. (Dörd liberal hakimdən 3-ü yəhudi, biri latınamerikan mənşəlidir.) Trampın hələ 2 ili qalır və başına bir iş gəlməsə, 2020-ci ildə də seçilmək şansı var. Demokratlar indi bütün güclərini səfərbər ediblər ki, qarşıdakı Konqres seçkilərində ən azı palatalardan birini ələ keçirsinlər. Liberal, sol yönümlü seçicilərin səsvermədə böyük aktivliyi gözlənilir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)