vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SAHİBKARLIQ  
00:21 | 1 noyabr 2018 | Cümə axşamı Məqaləyə 1409 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sağlam və təhlükəsiz əməyin təşkili”

Sahibkarlar üçün təlim keçirilib

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sağlam və təhlükəsiz əməyin təşkili” mövzusunda təlim keçirilib. Beynəlxalq Əmək Təşkilatının eksperti Yekaterina Kuznetsova tərəfindən keçirilən təlimdə inşaat, logistika və başqa sektorları təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

Təlim zamanı iş yerlərində  qəzaların və bədbəxt hadisələrinin qarşısının alınması məqsədi ilə beynəlxalq  yanğın təhlükəsizliyi qaydaları və digər təhlükəsizlik normaları haqqında iştirakçılara məlumat verilib. E. Kuznetsova bildirib ki, iş yerlərində mövcud təhlükələrin aşkar olunması və risklərin qiymətləndirilməsi profilaktik tədbirlərin əsasını təşkil edir.

“Hər bir müəssisənin əsas məqsədi gəlir əldə etməkdir. Lakin bu zaman işçilərin təhlükəsizliyi və sağlamlığının qorunması təmin olunmalıdır. İşəgötürən anlamalıdır ki, iş yerlərində bədbəxt hadisələr onlar üçün həm də insan və maliyyə itkisidir. Bütün müəssisələr ən azından öz ölkələrindəki əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun fəaliyyət göstərməlidirlər. Hər bir müəssisə iş yerində sadə profilaktik tədbirləri həyata keçirməklə  təhlükəsizlik səviyyəsini yüksəldə bilər. Məsələn, iş yerlərində yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır. Fövqəladə hal zamanı işçilərin davranış qaydalarını öyrənmək üçün vaxtaşırı təxliyə təlimlərinin keçirilməsi vacibdir. İşçiləri odsöndürücü balonların  növləri və istifadə qaydaları haqqında məlumatlandırmaq olduqca önəmlidir.  Çünki balonun üzərində  göstərilən  nişandan asılı olaraq  onun təyinatı fərqlənir. Məsələn  bərk maddələrin yanması zamanı köpüklü balondan istifadə edilirsə, elektrik cihazlarında baş verən yanğınların söndürülməsində karbon dioksid ( C02) qazla işləyən balondan istifadə olunur. Bundan başqa xilasetmə komandası hadisə yerinə gəlincə  zərərçəkmişə ilk tibbi yardımın necə göstərilməsi barədə işçilər məlumatlı olmalıdırlar”, - deyə təlimçi bildirib.

Təlimin birinci günü sahibkarlara təhlükəli, zərərli, toksik, partlayış və yanğın təhlükəli maddələrin xüsusiyyətləri haqqında ətraflı söhbət açan ekspert deyib ki, həmin maddələr doğurduqları riskdən asılı olaraq kateqoriyalara bölünür. İstehsalatda istifadə olunan və insan orqanizmi üçün təhlükə yaradan müxtəlif maddələrin saxlanması, daşınması və utilizasiyası haqqında işəgötürənlərə məlumat verilib.

Təlim noyabr ayının 2-dək davam edəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *