vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
22:17 | 4 noyabr 2018 | Bazar Məqaləyə 686 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Edamsevərlər və himnsevərlər

Hər bir mövzu müzakirə oluna bilər, yetər ki, təhqir olmasın

Fazil MUSTAFA

Demək Pakistanda Bibi soyadlı bir xristian qadın müsəlman qadınlarla söhbət əsnasında deyib ki, dünyanın xilaskarı İsa Məsihdir, sizin peyğəmbər bəşəriyyət üçün heç nə edə bilməz. Müsəlmanlar da eləməyib tənbəllik adamı linç etmək isəyiblər, fəqət polis qadını vəhşi kütlənin əllərindən alıb həbs edərək məhkəmə qarşısına çıxarıb. Adam bu sözlərinə görə edam cəzasına məhkum olub və cəzanın icrası ləngidildiyinə görə 9 il həbsdə yatıb.

Mədəni dünyanın təzyiqlərindən sonra Pakistan məhkəməsi Bibinin ölüm hökmünü ləğv edib və şərt qoyub ki, azadlığa çıxan kimi dərhal ölkəni tərk etsin. Müsəlmanlar da tökülüblər küçəyə ki, bəs bizim dinimiz hələ də mədəniyyətə qarşı dirəniş göstərdiyinə görə, qadın mütləq edam olunmalıdır. Yəni həmin müsəlmanlar düşünürlər ki, peyğəmbər müqəddəsdir, onun haqqında tənqidi fikir belə söylənə bilməz. Təbii ki, İslam Peyğəmbəri Həzrəti Məhəmməd sağ olsaydı bu insanlara baxıb deyərdi ki, ay vəhşilər, siz hansı İslamı təmsil edirsiniz, siz mənim yaşamımda insana qarşı bu cür vəhşiliyin bircə nümunəsini göstərə bilərsinizmi? Məgər sağlığımda məni tənqid, təhqir etməyiblər? Sizlər bu dini məndən öyrənməmisinizsə, bəs kimdən öyrənib belə eybəcərləşdirmisiniz? Bu hadisənin əsas mahiyyəti bundan ibarətdir ki, əksər müsəlman toplumları öz yaşadıqları uydurulmuş dində hər şeyin üzərinə müqəddəslik sertifikatı vuraraq müzakirədən imtina edirlər, tənqidi fikri daş-qalaqla yox etməyə çalışırlar. Halbuki, bəşəriyyətin bu gün gəlib çıxdığı inkişafın təməlində elmi, siyasi, dini, mədəni müzakirələr, dialoqlar ənənəsi durur.

Düşünürəm ki, bu günlərdə Milli Məclisdə himnlə bağlı səsləndirilən bir fikrə qarşı cəmiyyətdən gələn reaksiyanın da motivini məhz bu müqəddəslik elementi təşkil edir. Bizim də toplum pakistanlılar kimi hər şeyin üzərinə müqəddəslik sertifikatı vuraraq müzakirədən imtina yolunu tutmaqla hansısa fikrin yerindəcə boğulmasına yönəlik hər dəfə səfərbərlik nümayiş etdirir. Bir fikirlə razı olmamaq hamının haqqıdır, ancaq hansısa mövzuya müqəddəslik damğası vurmaq sadəcə axmaqlıqdır. Himn də, bayraq da, gerb də, Konstitusiya da, Qarabağ da, Hüseyn Cavid də, Səməd Vurğun da, Babək də, Cavad xan da, Məhəmmədəmin Rəsulzadə də, Üzeyir bəy də, Heydər Əliyev də, Quran da, Məhəmməd peyğəmbər də, dilimiz də, tariximiz də müzakirə oluna bilər, bu mövzuda fərqli mövqelər sərgilənə bilər. Yetər ki, təhqir olmasın, böhtan olmasın. Cəmiyyət müzakirə edərək, diskussiya apararaq irəli gedə bilər. Sürü psixologiyası ilə “müqəddəs dəyərlərimizə toxunmayın” deyibən fikirləri, düşüncələri susdurmaq yanlış bir ənənənin davam etdirilməsi deməkdir. Azərbaycanda fəlsəfi düşüncə məktəblərinin olmamasının əsas səbəbini də bu yanlış ənənədə axtarmaq lazımdır.

İndi kimsə mənə Pakistandakı edamsevər müsəlman vətənpərvərlərlə Azərbaycandakı himnsevər müsəlman vətənpərvərlərin dünyagörüşləri arasındakı fərqi izah edə bilərmi?


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *