vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
10:34 | 6 noyabr 2018 | Çərşənbə axşamı Məqaləyə 3195 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirin narahatçılığı ...

Manatın xilası real sektorun dəstəklənməsindən keçir

Qadir İBRAHİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təqyiqləri artırır.

“Neftin qiymətində müəyyən sabitləşmənin Azərbaycana müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri də nəzərdən qaçırılmamalıdır. Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır”, – deyə Şərifov qeyd edib.

Təbii ki, nazirin narahatçılığı başadüşüləndir. İdxal üzrə Azərbaycanın əsas tərəfdaşları aşağıdakılardır: Ümumi idxalın 18,3 faizi Rusiyanın, 12,9 faizi Türkiyənin, 9,5 faizi Çinin, 8,1 faizi Belarusun, 7,3 faizi Almaniyanın, 4,1 faizi Ukraynanın, 3,9 faizi ABŞ-ın, 3,3 faizi İranın payına düşüb. Devalvasiya risklərinin yüksək olduğu Rusiya, Türkiyə və İrandan idxalın həcmi cəmi idxalın 34,5 faizini təşkil edir. Təbii ki, bu halda manata qarşı təzyiqlər qaçılmazdır.

Hökumət idxaldan asılılığı azaltmaq üçün real sektoru canlandırmaq, istehsalla bağlı təşəbbüsləri dəstəkləməlidir. Azərbaycanın məşğul əhalisinin 37 faizi aqrar sektorda çalışmasına baxmayaraq idxalın strukturunda kənd təsərrüfatı məhsulları (ət, süd, taxıl, çay, meyvə-tərəvəz) yetərincədir – idxalın təxminən 30 faizini təşkil edir. Ərzaq təminatında idxaldan asılılıq minimum ensə, manatın kursu daha dayanaqlı olar.

2019-cu ildə hökumətin real sektora dəstəyinin hansı formada olacağı barədə yalnız dövlət investisiya proqramı ilə tanışlıqdan sonra mülahizə yürütmək olar.