

Özü isə ömürlük azadlığını itirir
İslamabad bəlanı mümkün qədər öz sərhədlərindən kənara itələməyə çalışır
Neft qiyməti fontan vurdu
İqtisadi müharibəni dayandırmaq üçün ...
XİN rəsmisinin Əbdülrəhim Heyitn həbsi ilə bağlı açıqlaması aranı qatdı
Uyğur məsələsi Ankara ilə Pekinin yollarını ayırıb
Rusiya və Çinin müştərək narahatçılığı - Tacikistan
“Rusiya özünü yaralanmış, zəifləyən və rəqibinin üzərinə tullanan ayı kimi aparır”
ABŞ əsas silahını Çinə qarşı işə salır
Nüvə silahlarına qarşı “qalxan” sayılan müqaviləyə “stop”
“Bu qərar yeni qarşıdurma yaradacaq”
Təyyarə ilə toqquşmaya tab gətirən sığınacaqlar
Bazar risk eləmir
ABŞ rəsmisinin bölgəyə səfərində əsas mövzu nədir?
Amerika dünya məsələlərinə müdaxilə etsə, yoxsa etməsə?
Həm iqtisadi, həm siyasi baxımdan
Çində uyğurların vəziyyəti Qərb dövlətləri və mediasının diqqətindədir, müsəlman dünyası isə üç meymunu oynayır. Aydındır ki, ABŞ-ın Çinin qlobal yürüşünü dayandırmağa, onu basqı altına almağa yönəlmiş yeni siyasi kursu olmasaydı, Qərb dünyası da müsəlman ölkələri kimi bu məsələdə kar, kor, lal olacaqdı. Amma hər halda, hər nə səbəbdən olursa olsun, məsələ gündəmə gəlib, insanlıq ayıbı ortaya çıxarılıb.
Bilməyənlər üçün deyim ki, söhbət heç bir cinayət əməli törətməmiş yüz minlərlə (800 min - 2 milyon arası) uyğurun toplama kamplarına doldurulub “islah” edilməsindən gedir. Hətta bu fakt olmasaydı belə, Çin hökumətinin Sincan-Uyğur muxtar bölgəsində qurduğu “rəqəmsal diktatura” - bütün əhalinin 24 saat kameralarla izlənməsi, smartfonların xüsusi proqramla kənardan nəzarətdə saxlanılması, uyğurların öz şəhərlərində sərbəst hərəkətinə məhdudiyyətlər tətbiq olunması, məscidlərə buraxılmaması, saqqal qadağası və digər tədbirlər çox kobud insan haqları pozuntusu və qeyri-insani rəftarın bariz nümunələridir. Bu “islahetmə” metodlarının uyğurların milli-dini identikliyini yox etməyə yönəldiyi açıqdır.
Bu günlərdə 15 dövlətin Çindəki səfirləri Sincan-Uyğur bölgəsinin Kommunist Partiyasına müraciət edərək məsələ barədə məlumat almaq üçün onlardan görüş istəyib. Aralarında heç bir türk, müsəlman ölkəsinin səfiri yoxdur. (Müraciətə imza atanlar Avropa Birliyinin bir sıra üzv ölkələri, eləcə də İsveçrə, Kanada və Avstraliya səfirləridir.) Müraciətə qoşulmaq bir yana qalsın, türk dünyasının lider dövləti, hegemon güclərə meydan oxuyan (sözdə), 4 milyon suriyalıya qucaq açmış Türkiyə hökuməti 11 nəfər uyğur türkünü bir aydan çoxdur ölkəyə buraxmır. Uyğurlar İstanbulun Atatürk hava limanında qalıblar, orada betonun üstündə yaşayırlar. Azərbaycanda nəyə görəsə, türkçü partiya kimi tanınan, əslində isə Osmanlı dini-ideoloji irsinin davamçısı olan MHP təbii ki, susur. Problemi gündəmə gətirməyə çalışan yeganə siyasi təşkilat İyi Partidir.
Başa düşürəm ki, Çin böyük gücdür, ona qarşı açıq çıxış etmək, həssas yerinə toxunmaq Türkiyə kimi çeşidli zəiflikləri olan bir ölkə üçün mənfi nəticələr verə bilər. Amma heç olmasa, səfirlərin məsum müraciətinə qoşulmaq, Türkiyəyə pənah gətirmiş uyğurları ölkəyə buraxmaq, problemin siyasi deyil, humanitar aspektlərini çox ehtiyatla da olsa, gündəmə gətirmək mümkündür. Yaxud, İslam Əməkdaşlıq Təşkilatı adından quru bəyanat qəbul etmək olar. Bunu da etmirsinizsə, onda digər dövlətləri ədalətsizlikdə, haqsızlıqda, ikili standartlarda ittiham etməyə haqqınız yoxdur.
P.S. ABŞ Konqresinin 25 üzvü uyğurların hüquqlarının pozulmasında iştirak edən çinli məmurlara, kampları inşa edən şirkətlərə sanksiya tətbiq olunması məsələsini qaldırıb. Dövlət Departamentində uyğur problemi üzrə koordinator vəzifəsinin yaradılması da təklif edilib.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək