

Nursultan Nazarbayev: “Bunu etməyəcəm, ...”
Prezidentliyi təhvil vermək ...
İrəvanın missiyası bu deyildimi?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
Nazarbayev Putinlə görüşdə general Xaçaturovdan söz saldı
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
Azərbaycan nə uddu?
Xəzərin statusu müəyyənləşdi ...
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
Nazarbayevdən müjdə
Azərbaycan üçün istehsal edilmiş lokomotiv təqdim edildi
Xəzərin bölüşdürülməsinə dair sənəd hökumətin saytından silindi
Türkmənistandan qaz kəməri çəkilməsinə əngəl qalmır
“Astana” Beynəlxalq Maliyyə Mərkəzinin (ABMM) təşkilatçılığı və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar” mövzusunda keçirilən konfrans bir sıra məqamlarla yadda qaldı.
ASK sədri Məmməd Musayev və Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev qonaqları salamladıqdan sonra ABMM-nin idarə heyətinin sədri Aydar Kazıbayev, həmin qurumun Biznesin inkişafı layihə ofisinin rəhbəri Nurlan Esmaqambetov və digər natiqlər “Astana” ilə bağlı ətraflı məlumat verdilər. İqtisadiyyatın real sektorunda fəaliyyət göstərən, aktivlərin idarə olunması ilə məşğul olan şirkət nümayəndələri və maliyyə bazarları üzrə ekspertlərin iştirak etdiyi tədbirdə alternativ maliyyə imkanları, müasir birja alətləri ilə ticarət kimi məsələlər müzakirə olundu.
Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılan və Avrasiya regionunun maliyyə mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyan “Astana” Beynəlxalq Maliyyə Mərkəzi ilə yaxından tanışlıq yerinə düşər.
ABMM-nin fəaliyyətinin əsas istiqamətlərinə kapital bazarlarının inkişafı, aktivlərin idarə edilməsi, islam maliyyəçiliyi sektorunun inkişafı, fərdi şəxslərin vəsaitlərinin idarə olunması, yeni maliyyə texnologiyaları, həmçinin “yaşıl” maliyyələşmə daxildir.
“Astana” ingilis hüquq prinsipləri əsasında təsis edilib. Qurumdakı investorların maraqlarının toqquşması zamanı burada fəaliyyət göstərən Britaniya hakimlərindən ibarət müstəqil məhkəmə və arbitraj mərkəzi məsələyə hüquqi qiymət verir. Onlar Honq Konq, Dubay və Londonda yerləşən beynəlxalq maliyyə mərkəzlərində çalışmış çoxillik təcrübə malik mütəxəssislərdir. Qazaxıstan daxilində ingilis hüququnun tətbiqi üçün prezident Nursultan Nazarbayevin konstitusiyaya dəyişiklik edilməsi təşəbbüsü əsasında ölkə parlamenti müvafiq qanunvericilik aktlarını qəbul edib.
Maliyyə mərkəzinin iştirakçıları 2066-cı ilədək korporativ və gəlir vergisindən azad olunub. Hazırda ABMM-in iştirakçıları arasında dünyanın 88 şirkəti yer alıb. Onlar arasında Çin İnkişaf Bankı kimi böyük maliyyə institutları da var. Cari ilin 16 noyabr Şanxay Fond Birjasının (ABMM birjasının səhmdarı) platformasında Çinin biznes ictimaiyyəti ilə keçirilən görüşdə Çin şirkətləri Avrasiya region ölkələrindən olan şirkətlərə, o cümlədən Azərbaycan şirkətlərinə investisiya yatırmaqda maraqlı olduqlarını bildirmişdilər. Təcrübə göstərir ki, çinlilər yalnız söz deməklə kifayətlənmir, əməli addımlar atırlar. Hazırda Çin İnkişaf Bankının 20 təhlilçisi ABMM-də çalışır və investisiyalar üçün region ölkələrindən layihələrin seçimini aparırlar. Bu baxımdan “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin platformasında işləmək öz qiymətli kağızlarını yerləşdirməklə bəlli və rahat şərtlərlə inkişafları üçün investisiya cəlb etmək niyyətində olan iqtisadiyyatın real sektorundakı Azərbaycan şirkətlərinin maraqlarına uyğundur. Həmçinin yəqin ki, Azərbaycan maliyyə bazarının iştirakçıları – brokerlər və treyderlər, böyük Azərbaycan şirkətlərinin vəsaitlərini idarə edənlər ABMM iştirakçısı olmaq istəyəcəklər. Onlar üçün ABMM birjasında çalışmaq qazanc imkanları açacaq.
“Astana” platformasında xarici kapitalın cəlb olunması üçün istifadə olunan əsas alətlərdən biri ABMM (AİX) birjasında qiymətli kağızların yerləşdirilməsidir.
Maliyyə Mərkəzinin birjası Şanxay Fond Birjası (SSE) və Nyu-Yorkun NASDAQ birjası ilə tərəfdaşdır. 14 noyabr tarixində ABMM-nin birjasında ilk İPO təşkil edilib - İlkin Kütləvi Yerləşdirməni dünyanın ən böyük uran şirkətlərindən olan “Kazatomprom” həyata keçirib. Gələcəkdə Qazaxıstanın “KazMunayQaz” neft şirkəti, “Kazpoçta” poçt operatoru, telekommunikasiya operatoru “Kazaxtelekom”, enerji şirkəti “Samruk-Energo”, avia daşıyıcı “Air Astana” kimi nəhəng şirkətlərin ABMM birjasında yerləşdirmələr etməsi nəzərdə tutulub.
ABMM birjasında ticarətin açılışını Qazaxıstan prezidenti Nursultan Nazarbayev edib.
“EKSPO 2017 üçün inşa edilmiş binaların bazası əsasında biz iddialı maliyyə mərkəzi yaratmağa qərar verdik. Bu plana dair böyük şübhələr var idi. Lakin mərkəzə təyin etdiyim şəxslərin və hökumətin səyi nəticəsində indi deyə bilərik ki, burada “Astana” Beynəlxalq Maliyyə Mərkəzi fəaliyyət göstərəcək” fikrini Nursultan Nazarbayev çıxışı zamanı xüsusi vurğulayıb.
Azərbaycan şirkətləri üçün ABMM – beynəlxalq investorlarla görüşmək və AİX birjası vasitəsilə xarici maliyyə cəlb etməyə yararlı yeni platformadır.
Son iki ay ərzində “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin ekspertləri Rusiya şirkətləri üçün Moskva, Kazan və Krasnodar şəhərlərində, həmçinin Belarus şirkətləri üçün Minskdə təqdimatlarla çıxış etmiş, Şanxay şəhərində Şanxay Fond Birjasında Çinin biznes ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirmişlər.
Rusiya
və Belarus şirkətləri ABMM birjası ilə xarici kapitalın cəlb olunması
imkanlarına böyük maraq göstərmişlər. Moskva, Kazan, Krasnodar və Minsk şəhərlərində
fəaliyyət göstərən şirkətlərin ABMM ilə əməkdaşlıq etmək istəyinə dair iyirmidən
artıq müraciəti qeydə alınıb.
Çin mediasının yaydığı məlumatlara əsasən, ölkədəki sahibkarlıq subyektləri
Avrasiya regionundan olan ölkələrin şirkətlərinə investisiya yatırmaqda maraqlı
olsalar da, onların biznesinə vəsait yatırmaq imkanları ilə bağlı yetərli dərəcədə məlumatlı
deyillər. Azərbaycan şirkətləri də “Astana” Beynəlxalq Maliyyə Mərkəzi platforması
vasitəsi ilə əməkdaşlıq imkanlarını öyrənə və görüşlər keçirə bilərlər.
Beynəlxalq investorlar üçün Azərbaycan biznesi
Azərbaycan şirkətləri beynəlxalq investorlar üçün cəlbedicidir. Dünya Bankının sonuncu açıqladığı “DoingBusiness” hesabatında Azərbaycan biznes mühiti göstəricilərinə görə dünyada 25-ci yerdə qərarlaşıb (müqayisə üçün 2017-ci ildə Azərbaycan bu reytinqdə 57-ci yerdə idi). Böhrandan sonra (ÜDM-in 2014-cü ildə 75 milyard dollardan 2016-cı ildə 37.8 milyard dollara qədər kəskin azalıb) Azərbaycan iqtisadiyyatı canlanmağa başladı. Dünya Bankının məlumatına əsasən 2017-ci ildə ölkənin ÜDM-i 40.7 milyard ABŞ dolları təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərinə görə son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Respublikada fəal şəkildə yeni müəssisələr yaradılır. Məsələn, hazırda Sumqayıt kimya-sənaye parkında 18 rezident var, 9 sənaye müəssisəsi tam fəaliyyət göstərir. Prezident İlham Əliyev bildirib ki, bu müəssisələrin yaradılması yerli və xarici investorların Azərbaycana gəlib investisiya yatırmaları üçün növbəti bir siqnaldır.
Azərbaycanda biznesin inkişafı üçün maliyyə tələb olunur. Bizneslə bank sektoru arasında olan münasibətlərin yaxşı olduğunu demək çətindir. 2015-ci ilin fevral ayında baş verən manatın birinci devalvasiyadan sonra ölkədə problemli kreditlərin artdığı müşahidə olunur. Bu gün Azərbaycandakı biznes bank kreditlərinə alternativ olan xarici kapital mənbələrinə çıxış imkanlarını nəzərdən keçirir. Cari ilin yanvar ayında Qazaxıstanda fəaliyyətə başlamış “Astana” Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) platforması vasitəsilə Azərbaycan şirkətləri beynəlxalq investorların maliyyəsini cəlb edə bilərlər.
Azərbaycanda nəqliyyat layihələri
Qafqaz regionunda əhəmiyyətli nəqliyyat layihələrindən biri Rusiyanın Mineralnıye Vodi şəhəri ilə Bakı arasında yüksək sürətli dəmir yolu xəttinin inşası hesab olunur. Bu dəmir yolu Çinin İpək Yolu tranzit dəhlizi ilə əlaqə yaradaraq Çin mallarının Qafqaz vasitəsilə qərbə daşınmasını təmin edəcək. Bundan başqa, bu yol həm Rusiya, həm də Azərbaycanda ticarət imkanlarının genişlənməsinə şərait yaradacaq. Dəmir yolu xətti istifadəyə verildikdən sonra qısa müddətdə Xəzər dənizi vasitəsilə məhsulların Avropaya daşınması mümkün olacaq. Bu layihə Çin üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda Qafqaz ölkələri də layihənin vacibliyini anlayaraq öz xarici siyasətlərini formalaşdırır, rəsmi Pekinlə daha sıx əlaqələr yaratmağa calışırlar. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində strateji əhəmiyyət daşıyan ticarət marşrutu aşağı vergi tarifləri və ucuz işçi qüvvəsi imkanları ilə artıq regiona müəyyən Çin investorlarının gəlməsinə səbəb olub.
Geosiyasi münasibətlər fonundan ölkədə nəqliyyat sisteminin müasirləşməsi faktı potensial investorların diqqətindən yayınmır. Söhbət Asiya, Qafqaz və Avropanı birləşdirən TRASEKA beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqələrə diqqətin yönəlməsindən gedir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmaq istəyən Azərbaycan şirkətlərinə ABMM-də “Bir kəmər, bir yol” ofisnin yaranması haqqında məlumat əldə etmək maraqlı olacaq. Burada Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində infrastruktur quran investorlar, banklar və şirkətlər bilavasitə fəaliyyət göstərəcəklər.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək