vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
19:18 | 21 fevral 2014 | Cümə Məqaləyə 2613 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnqilab qələbə çaldı

2004-ci ilin Konstitusiyası bərpa olundu

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Yanukoviç növbədənkənar prezident seçkiləri keçirilməsi qərarından sonra müxalifətin daha bir tələbi olan 2004-cü il konstitusiyasını bərpa etdi.

Konstitusiyasının bərpası ilə bağlı qərar Ali Radada səs qoyuldu. Bu saatlarda №4163 saylı qanunun uyğun layihəsinə açıq səsvermə keçirilib və 397 xalq deputatı səslə qəbul olunub. Hakim «Region» partiyasının 140 deputatın da qanunun lehinə səs verməsi diqqət çəkib.

Xatırladaq ki, tarixin arxivinə göndərilən Konstitusiya layihəsinə görə hökumətin formalaşdırılması səlahiyyətləri prezidentdə idi və bu yenidən parlamentə qaytarılıb. Bundan başqa, Ukrayna prezidentinə əlavə hüquq verən 80-dan çox qanun 5 gün ərzində ləğv olunmalıdır. Baktivşina fraksiyasının lideri Arseniy Yasenyukun sözlərinə görə, artıq Ali Radada xalq deputatlarının iştirakı ilə yeni fraksiya formalaşdırıla bilər. Onun sözlərinə görə növbəti parlament seçkiləri 2017-ci ildə keçiriləcək: «Bu ölkəmizdə hüququn və ədalətin bərpa olunmasına birinci addımdır».