vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
12:34 | 21 yanvar 2019 | Bazar ertəsi Məqaləyə 434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniyanın “B planı”nı

Tereza Mey alternativ variantı işə salır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından (Aİ) ayrılma formatını müəyyənləşdirəcək “Brexit” sazişinə alternativ “B planı”nı parlamentə təqdim edəcək.

“The Sunday Times” qəzetinin verdiyi xəbərə görə, bu gün parlamentdə çıxış edəcək Mey deputatlara izah etməyə çalışacaq ki, Britaniyanın Aİ-dən rəsmi ayrılmasına 2 aydan bir qədər çox qalmış müddətdə “Brexit” danışıqlarını dalandan çıxarmaq üçün hökumət hansı addımları atmaq niyyətindədir.

Lakin qeyd olunur ki, “B planı”nın məzmunu indiyədək sirr olaraq qalır. Bununla belə, Britaniya KİV-ləri yazırlar ki, Şimali İrlandiya ilə sərhəd rejiminin gələcəyini həll etmək üçün London Dublinlə ayrıca ikitərəfli müqavilə imzalaya bilər. “Sky News” telekanalının mənbəsi isə bu ehtimalın sıfıra bərabər olduğunu bildirib.

Britaniyanın ümumiyyətlə Aİ-dən çıxmasına qarşı olan deputatların “B planı”na yanaşması da maraq doğuran məqamlar sırasındadır. Onların Meyin yeni təkliflərinə razı olub-olmayacaqları bilinmir.

Qeyd edək ki, 15 yanvarda Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini rədd edib. İcmalar Palatasının 202 üzvü sazişin lehinə, 432-si isə əleyhinə səs verib. Bununla da, Britaniyanın Avropa İttifaqından daha sərt və problemli ssenarilər əsasında çıxışı üçün “yaşıl işıq” yanıb.

Britaniya parlamentinin 10 yanvarda qəbul etdiyi qanun dəyişikliyinə əsasən isə, baş nazir Tereza Meyin rəhbərlik etdiyi hökumət “Brexit” səsverməsindən sonrakı 3 iş günü ərzində parlamentə alternativ “B planı” təqdim etməlidir. Bunun üçün Britaniya hökuməti parlament fraksiyaları ilə məsləhətləşmələr aparıb. Bu məsləhətləşmələrdə iştirakdan yalnız müxalif Leyboristlər partiyası imtina edib. Onlar hesab edirlər ki, Mey hökuməti Britaniyanı idarə etməyə və ölkəni əlverişli şərtlərlə İttifaqdan ayırmağa qadir deyil.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *