vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
13:44 | 23 yanvar 2019 | Çərşənbə Məqaləyə 784 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran - İsrail savaşı

İllər uzunu tüstülənən münaqişə getdikcə alovlanır

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin yanvarın 21-nə keçən gecə Suriyada keçirdiyi hərbi əməliyyatın nəticələri məlum olub.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" gücünə aid hərbi obyektlərin bombalanması nəticəsində 12 İran hərbçisi ölüb. Suriya ordusu 6 nəfər itirib. Müqavimət göstərməyə çalışan Suriya ordusuna məxsus, SSRİ-Rusiya istehsalı olan 8 ədəd hava hücumundan müdafiə batareyası (S-75, S-125, "Buk", "Pantsir", "Osa" və s.) sıradan çıxarılıb. Çinin Suriyaya verdiyi radarın da vurulduğu bildirilir. İsrailin iddiasına görə, əməliyyata səbəb Suriyadakı İran qüvvələrinin Qolan təpələri istiqamətinə "yer-yer" tipli raket buraxması olub.

İsrail və İran arasında birbaşa qarşıdurma və toqquşmalar Suriyadakı müharibə nəticəsində yaranan və həlli ən çətin olan problemdir. İran Suriya savaşına ən çox yatırım qoyan, bu məqsədlə milyardlarla dollar xərcləyən, Pakistan, Əfqanıstan, İraq kimi ölkələrdən topladığı şiə könüllülərindən döyüş qabiliyyətli batalyonlar formalaşdırıb onları Əsəd rejiminin müdafiəsinə yönəldən, bununla da kifayətlənməyib "Hizbullah" kimi böyük, güclü və intizamlı hərbi qruplaşmanı da Suriyadakı hərbi əməliyyatlar teatrına cəlb edən ölkədir. İran olmasa, Əsəd ayaqda qala bilməzdi, təkcə Rusiyanın aviasiya dəstəyi yetərli olmayacaqdı.

İran Suriyaya daxil olaraq orada möhkəmlənmək, mühüm geostrateji üstünlüklər əldə edib:

 

- Əvvəla, özünün baş düşməni İsrailin sərhədlərinə çıxıb;

- Livana quru yolu əldə edərək "Hizbullah"ın təchizatının, logistika imkanlarının artmasına nail olub;

- Aralıq dənizi kimi strateji əhəmiyyəti yüksək olan hövzəyə çıxış qazanıb.

 

Yəni vilayəti-fəqihin geosiyasi mühəndislik planları son illər böyük ölçüdə gerçəkləşib. İndi bu qədər xərcdən, zəhmətdən, verilən itkilərdən və qazanılan uğurlardan sonra İrana deyirlər ki, Suriyanı tərk etməlisən. Putin İsrail ilə İranın arasında qalıb və hər ikisi ilə münasibətlərini pozmaq istəmir. İsrail Rusiyadan tələb edir ki, İranı Suriyadan çıxarsın, lakin Moskvanın Tehran üzərində bu dərəcədə təsiri yoxdur. Necə ki, Moskva Əsədlə anlaşaraq Suriyaya daxil olub, İran da onun kimi. Putin Netanyahuya söz vermişdi ki, İran qüvvələrinin İsrail sərhədindən 80-100 km geriyə çəkilməsinə nail olmağa çalışacaq. Lakin bu, hələ ki mümkün olmayıb. Ona gorə də, İsrail bombardmanları davam etdirir. Deyirlər hələ ki Suriyanın əlindəki S-300 işə salınmayıb, ona gorə İsrail rahat hərəkət edir. Amma İranın əlində nəinki S-300, termonüvə silahı da olsa, İsrail İranın Suriyadakı hərbi mövcudluğuna dözüm göstərə bilməz, çünki bu, İsrail üçün var olma məsələsidir. Ona gorə də bu gərginlik hələ davam edəcək.

Bu arada, Avropanın da İrana basqıları artır. Merkel hökuməti İranın "Mahar Air" aviaşirkətinin Almaniyaya uçuşlarını qadağan edib. Səbəb kimi bu şirkətin "Sepah"ın Avropadakı casusluq və terrorizm əməliyyatlarında iştirakı göstərilib. Belə ki, ötən aylarda İran kəşfiyyatının Avropada "Xalqın mücahidləri" təşkilatının aparıcı simalarına qarşı sui-qəsd planlaşdırdığı üzə çıxarılıb və bir neçə nəfər yaxalanıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)