vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
21:44 | 21 fevral 2014 | Cümə Məqaləyə 3206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Banklar güzəştə getdi

Avtomobil kreditləri ilə bağlı şərtlər dəyişir – (video)

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərkəzi Bankın istehlak kreditləri ilə bağlı tətbiq yeni, daha sərtləşdirilmiş qaydalar kommersiya banklarının kredit portfelinə mənfi təsir edib. Banklardan verilən məlumata görə, təxminən bir aydır qüvvədə olan bu qaydalar nəticəsində kredit verilməsi faizləri 100 faizdən 60-70 faizə qədər aşağı düşüb.

Gəlir barədə arayış tələbi mütləq olduğundan, hətta banklar mükəmməl kredit tarixçəsinə malik daimi müştərilərinə də arayışsız kredit verə bilmir. Müştəriləri itirməmək üçün indi banklar faizlərə və komissyon haqlarına yenidən nəzər salır.

Hazırda ən ağır vəziyyətdə olan avtomobil kreditləridir ki, Mərkəzi Bankın tələbi ilə banklar köhnə maşınları ümumiyyətlə kreditəşdirmir. Yeni avtomobilləri kreditə almaq üçün isə ən azı 50 faiz ilkin ödəniş tələb olunur. Bu, həm maşın almaq istəyənləri, həm də bankları çətin duruma salıb. İndi kommersiya bankları tənzimləyici orqanın tələbini pozmamaq şərti ilə yeni cəlbedici şərtlərə hazırlaşır.

Bank nümayəndəsi, Ülvi Cabbarov: «Əvvəllər məsələn avtokredit bir günə verilirdisə, indi banklar çalışır bir neçə saata verilsin. Faiz dərəcələri aşağı salına bilər, müştərinin aylıq ödənişi aşağı olsun. Qrafiki daha uzun qoya bilər, əvvəl 36 aya verirdisə, indi 5 illik, 48 aylıq ola bilər».

Bütün bu səylər nəticəsində banklar yeni müştərilər qazanmağa ümid edir. Amma buna baxmayaraq bankların itkiləri də qaçılmazdır. Bu itkini qarşılamağın bir yolu da vaxtilə itirilmiş hesab olunan, vaxtı keçmiş kreditlərin qaytarılması hesab olunur.