vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
15:35 | 27 yanvar 2019 | Bazar Məqaləyə 1470 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suriyada ABŞ-İran toqquşması

“Haşdi Şabi” 22 döyüşçüsünü itirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail mənbələrinin məlumatına görə, ABŞ aviasiyası bir neçə gün əvvəl İraqın şiə qruplaşması olan “Haşdi Şabi”nin üzvlərini Suriyaya daxil olarkən bombalayıb.

“Haşdi Şabi” qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin göstərişi ilə sərhəddə cəmləşmişdi. Onlar Deyr-ez-Zor istiqamətindəki nəzarət-buraxılış məntəqəsinə irəliləyərkən ABŞ və koalisiya qüvvələrinin yaxınlıqda yerləşən “ət-Tanf” bazası tərəfindən hava hücumuna məruz qalıblar. Nəticədə azı 22 döyüşçü itirən “Haşdi Şabi” geri çəkilib.

“Hizbullah” terror təşkilatı buna cavab olaraq bildirib ki, İsrail yenə Suriyanı vurarsa, cavab veriləcək. Terrorçular İsrailin istənilən nöqtəsinə zərbə endirmək üçün yüksək dəqiqliyə malik raketlərə sahib olduğunu bildirib.