vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
16:32 | 27 yanvar 2019 | Bazar Məqaləyə 2104 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gəncəlilər narazıdır

AFFA-nın “Kəpəz”dəki yeni təyinatlarından ...

MÖVZU İLƏ ƏLAQƏLİ

“Kəpəz”də yeni rəhbər təyinatları Gəncədə birmənalı qarşılanmır. Şəhərin futbol ictimaiyyəti AFFA-dan göndərilən məmurların siyahısından razı deyil.

İslam Abbasovun Müşahidə Şurasına sədr seçilməsi, klubda əsas idarəçiliyin isə Vaqif Sadıqova tapşırılması futbol şəhəri kimi tanınan Gəncədə yerli veteranlara hörmətsizlik kimi qəbul olunur. Vaxtilə bu kluba kurator təyin edilən İsgəndər Cavadovu şəhərə buraxmayan, onun istefasına nail olan bir qrup fəal yenidən hərəkətə keçib. Xüsusilə Sadıqovun təyinatı onların ürəyincə deyil.

Mehman Allahverdiyev başda olmaqla, “Kəpəz”in ən pis günlərində klubu yaşadan, hətta sabiq icra başçısı Elmar Vəliyevin hökmranlığına da tabe olmayan veteran dəstəsi müəyyən addımlar atmaq fikrindədir. Bu təyinatlardan sonra gələn mövsüm “Kəpəz”in Premyer Liqaya qayıtmaq xəyalları bir az da çoxalıb və yerli futbol ictimaiyyəti də proseslərdən kənar qalmaq istəmir.

Əldə etdiyimiz məlumata görə, veteranlar icra hakimiyyətinin rəhbərliyi ilə görüşməyi planlaşdırır. Onlar AFFA-nın maliyyələşdirdiyi klubda yerli kadrların təmsil olunmamasından narazılıqlarını ifadə edəcəklər.