vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 fevral 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
17:07 | 27 yanvar 2019 | Bazar Məqaləyə 261 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Toplanışdan yaxşı faydalandıq”

Qurbanov 3-2 hesablı qələbədən razı qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

“Qəbələ” Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununda MTK (Macarıstan) ilə qarşılaşıb.

“Qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra komandanın baş məşqçisi Sənan Qurbanov fikirlərini klub saytına açıqlayıb:

“Əlverişsiz hava şəraitinə görə oyunun təxirə düşməsindən ehtiyatlanırdıq. Bundan əvvəl keçirilməli olan “Fakel”lə matç baş tutmamışdı. Belə olması planlarımıza daxil deyildi. Sevindirici haldır ki, qarşılaşma baş tutdu. Futbolçuların verilən tapşırığı maksimum yerinə yetirməyə çalışması da sevindirici məqamdır. Hərçənd oyunun keçirilməmək ehtimalı onların konsentrasiyasına təsir etmişdi. Baş tutan oyundan tam razı qala bilərik. Bütün futbolçulara da şans verdik. Yaxşı oyun alındı. Artıq qarşıdakı görüşə hazırlaşacağıq”.

Qurbanov mövsümün ikinci yarısına hazırlığı da dəyərləndirib: “Bakıda bir həftəlik proqramı yerinə yetirdik. Razı qaldığımı deyə bilərəm. Antalyada isə iki həftəlik proqram üzrə çalışdıq. “Fakel”lə baş tutmayan oyunu çıxmaq şərtilə həm Bakı, həm Antalyadakı toplanış bizim üçün əlverişli oldu, bundan yaxşı faydalandıq. Ən əsası isə toplanışı zədəsiz başa vurduq. Ayın 3-də başlayacağımız mövsümün ikinci yarısına tam heyətlə hazırlaşa biləcəyik. Komanda fiziki və psixoloji cəhətdən tam hazırdır”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *