vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
11:41 | 28 yanvar 2019 | Bazar ertəsi Məqaləyə 1459 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Quaydoya toxunsan...”

ABŞ Maduronu hədələdi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ administrasiyası Venesuelaya Amerika diplomatlarına və müxalifət lideri Juan Guaidoya qarşı hər hansı təhlükə törədildiyi halda “əhəmiyyətli cavab” verəcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, belə bir “hədə-qorxu” “qanunun aliliyinə ağır zərbə” olardı.

Venesuelalı müxalifət lideri Xuan Quaydonu 20-dən çox ölkə müvəqqəti prezident kimi tanıyıb. O, çərşənbə və şənbə günləri anti-hökumət etirazlarına çağırıb.

Şənbə günü İspaniya, Almaniya, Fransa, Böyük Britaniya daxil bir neçə Avropa ölkəsi Venesuelanı yaxın günlərdə seçki elan etməsə, müxalifət lideri Quaydonu prezident kimi tanıyacağını bildirib.

Ancaq ölkə başçısı Maduro bunu rədd edib. O deyib ki, Venesuela Avropaya bağlı deyil və “bu, haqsızlıqdır”. Maduro müxalifətlə “hərtərəfli dioloqa hazır olduğunu” bildirib.O, bazar günü ordunun hərbi təlimində iştirak edib.