vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:00 | 29 yanvar 2019 | Çərşənbə axşamı Məqaləyə 1767 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət neft şirkəti qara siyahıda

ABŞ sanksiyaları kəskinləşdirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuela Prezidenti Nikola Maduronun legitimliyini qəbul etməyən ABŞ rəhbərliyi, Venesuelanın dövlət neft şirkəti PDVSA-ya (Petroleos de Venesuela) sanksiya tətbiq edib. Qərara əsasən sözügedən şirkət və onunla əlaqəli bütün aktivləri sanksiya siyahısına daxil edilib.

Ağ Evdə keçirilən mətbuat konfransında milli təhlükəsizlik məsləhətçisi Con Boltonla ABŞ xəzinə naziri Stivin Mnuçin sözügedən sanksiya qərarını açıqlayıblar.

Bolton, Maduronun artıq legitimliyinin qalmadığını və "müvəqqəti dövlət başçısı" olaraq Xuan Quaidoyu tanıdıqlarını bildirib.

S.Mnuçin, Maduronun idarəetmə legitimliyini tanımadıqlarını qeyd edərək, bu çərçivədə Venesuelanın PDVSA şirkətini sanksiya siyahısına daxil etdiklərini bildirib.

Xəzinə naziri, bu şirkətlə iş görən digər şəxslərin sözügedən sanksiyalara tabe olması lazım olduğunu qeyd edib.