vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
13:00 | 29 yanvar 2019 | Çərşənbə axşamı Məqaləyə 1439 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Suriyadakı müttəfiqlik bitir

Moskva və Tehranın yolları ayrılmaq üzrədir?

Çarlz BAYBELEZER, “The Media Line” (ABŞ)

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyada Bəşər Əsəd rejimini xilas etmək üçün Rusiya 2015-ci ildə at belində Yaxın Şərqə geri dönüb. Üç illik çətinlikdən sonra “Rus ayısı” sirkdə təsəvvür ediləcəyindən daha yaxşı bir vəziyyətə gəlib.

Kremlin sabiq məsləhətçisi Aleksandr Nekrasov deyib: “Suriyaya dair Rusiyanın təxminləri başlanğıcdan yanlış idi, amma hərbiçilər  Rusiya prezidenti Vladimir Putini bunun qısa bir əməliyyat olacağına inandıra bilib. Bu, kompleks və gözlənilməz inkişaflarla, əslində, o, çoxtərəfli bir qarşıdurma bataqlığında batmalı idi. Həmin vaxt Rusiyanın daha böyük Ukrayna problemi vardı. Rusiyanın ordusu Əfqanıstanda və Çeçenistandakı müharibələrdən sonra Suriyadakı döyüşlərin tamamilə başqa növdə olduğunu bilmirdi. Fəlakətli vəziyyətdən çıxmaq üçün heç bir əlaqəli plan yoxdur”.

Rusiyanın çətinliyi, yəqin ki, bütün əsas oyunçuları əhatə edən son hadisələrin kəsişməsi ilə sübuta yetirilib. İsrailin bu yaxınlarda Dəməşqə nadir gündüz həmləsinə cavab olaraq İranın “Quds” qüvvələri Hermon dağ ətəyindəki dağ-xizək kurortuna raket atıb. “Dəmir Qübbə” müdafiə sisteminin qarşısını aldığı hücumdan sonra İsrail ordusu, öz növbəsində, əhəmiyyətli bir transsərhəd əməliyyatına başlayıb, üçdən çox hədəf məhv edilib və 12 iranlı öldürülüb.

“Qüds” qüvvələrinin başçısı Qasim Süleymaninin bu ayın əvvəlində Suriyanın cənubuna gəlişi və raket hücumunu planlaşdırması son hadisənin təməlində durub. Halbuki Rusiya İran əsgərləri və şiə milislərini sərhədin təxminən 60 kilometrindən yaxına buraxmayacağına dair söz verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü “suveren dövlətin ərazisində özbaşına zərbələr tətbiq etməkdən imtina edilməlidir” deyərək İsraili kədərləndirib. Rusiyanın İsraildəki səfiri hücumlara görə məsuliyyət tələb edib. O, Təl-Əvivin son siyasətinin siyasi motivli və 9 Aprel seçkiləri ilə əlaqəli olduğunu bildirib.

Amma Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Moskva və Tehranın müttəfiq olduğuna dair iddianı rədd edib. CNN-ə verdiyi müsahibədə, o, Kremlin “İsrail dövlətinin təhlükəsizliyini təmin edən tədbirlərin əhəmiyyətini heç bir şəkildə təkzib etmədiyini” vurğulayaraq, bunun yalnız iranlılar deyil, ABŞ, Türkiyə və Suriya rejiminə də məlum olduğunu deyib.

Bu arada, Putin Moskvada türk vəzifədaşı Rəcəb Tayyib Ərdoğanı qəbul edib. Sonuncu şəxs İŞİD-in məğlub edilməsində mühüm rolu olan kürd YPG birləşmələrini ləğv etməklə təhdid edib. Ərdoğan Suriyada Vaşinqtonun dəstəklədiyi kürdləri qadağan olunmuş İraqdakı PKK-nın qolu olduğunu düşünür. Vaşinqton, Rusiyanın birinci geosiyasi düşməni isə Suriyadan  tamamilə çıxmaq niyyətindən geri çəkərək, Moskvanın işini daha da çətinləşdirir.

Bu mürəkkəbliyə əlavə olaraq, keçən il Suriya rəsmi qüvvələrinin geri almaq istədiyi İdlib əyaləti hərbisizləşdirilən zona halına gələndən “əl-Qaidə” ilə əlaqəli “Heyət Təhrir əl-Şam”ın nəzarətinə keçib. Nəhayət, Livan “Hizbullah”nın rəhbəri Həsən Nəsrullah Suriyada yerləşdirilən bölmələri ilə İsrailin hava hücumlarına cavab verməyə başlaya biləcəyini açıqlayıb.

Çağırışa baxmayaraq, bəzi müşahidəçilər hələ də Rusiyanın çiynində daha çox yük olduğunu iddia edirlər.

“Rusiyanın Əsəd rejimini sabitləşdirmək məqsədi çox müvəffəqiyyətli olub və indi o, Şamın nəzarətini genişləndirmək istəyir. Bu arada, Moskva Aralıq dənizindəki isti limanına çıxışı təmin edib və Latakiyada hərbi hava bazası yaradıb, – “Begin-Sədat” Strateji Araşdırmalar Mərkəzinin Yaxın Şərq mütəxəssisi Yaakov Lappin deyib. – Buna baxmayaraq, problem yaratmağa başlayan İranla eyni oxda olan Rusiyanın maraqları fərqlənməyə başlayır. Xarici işlər nazirinin müavininin açıqlaması buna bir sübutdur.

İranın Suriyada sıxışdırmaq Rusiyanın ən mürəkkəb problemlərindən biri ola bilər, çünki onun bölgədən çıxmaq niyyəti yoxdur. Bu da İsrail və Tehran arasında kölgə müharibəsinin davam edəcəyini və ciddi nəticələrə gətirib-çıxara biləcəyini göstərir”.