vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
13:05 | 29 yanvar 2019 | Çərşənbə axşamı Məqaləyə 1319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Böhranın anatomiyası

ABŞ-dan maliyyələşdirilən QHT-lər və Pentaqonun yeni “məcbur edən güc” strategiyası

Vladimir PROXVATİLOV, politobzor.net

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuela prezidenti Nikolas Maduro Almaniya, Fransa və İspaniyanın ultimatumunu rədd edib. Ultimatumun məğzi: Venesuelada səkkiz gün ərzində erkən seçkilər təyin edilməsə, müxalifət lideri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti qəbul edəcəklər.

Venesuelada nəsə misli görünməmiş hadisələr baş verir. İğtişaşlar müxalifət lideri, Venesuela Milli Assambleyasının sədri Xuan Quaydo yanvarın 23-də özünü Venesuela prezidentinin səlahiyyətlərini üzərinə götürdüyünü elan etdikdən sonra başlanıb. ABŞ, Kanada, Gürcüstan, Braziliya, Argentina, Kolumbiya, Çili, Ekvador, Kosta-Rika, Peru, Paraqvay, Honduras, Panama yalançı prezidenti sanki komanda üzrə tanıyıb. Kuba, Boliviya, Nikaraqua, Salvador, habelə Rusiya, Türkiyə və İran başlanmış qarşıdurmada prezident Maduronu dəstəkləyib.

Rusiya XİN-də yanvarın 24-də qeyd ediblər: “Xaricdən durumun süni şəkildə qızışdırılması aparılır, ən radikal əhval-ruhiyyəyə təkan verilir. Suveren dövlətin daxili işlərinə həyasızcasına açıq müdaxilə davam edir”.

“The Wall Street Journal” xəbər verir – Quaydonun bəyanatından bir gün qabaq ABŞ vitse-prezidenti Maykl Pens ona zəng edib və “söz verib ki, Quaydo hakimiyyəti Madurodan qamarlasa, ABŞ onu dəstəkləyəcək”. WSJ yazır – ABŞ indi Venesuelada öz müttəfiqləri ilə işləyir, həm də… “Tramp administrasiyasının müxalifət lideri Xuan Quaydoya dəstək nəzərdə tutan gizli planı ciddi düşünülüb və sərt şəkildə koordinasiya olunur”.

“The Wall Street Journal”-in məlumatına görə, Tramp administrasiyası son bir neçə həftədə Venesuelanın “demokratik irsə” qayıdışı haqda məsələ üzrə Venesuela müxalifətinin təmsilçiləri ilə danışıqlar apararaq Maduronun devrilməsi üzrə gizli planı onlarla detallaşdırıb. Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və ABŞ dövlət katibi Mayk Pompeo planın hazırlanması və dəqiqləşdirilməsində iştirak ediblər.

“Associated Press” agentliyi xəbər verib ki, Quaydo dekabrın ortalarında Venesuelanın Kolumbiya ilə sərhədini rəsmi sərhəd məntəqələrindən kənarda qeyri-leqal keçib və Vaşinqton, Kolumbiya və Braziliyaya səfər edib ki, müxalifətin kütləvi nümayişlərini bu ölkələrin rəsmiləri ilə razılaşdırsın. Amma Venesuela müxaliflərinə əsas dəstəyi ABŞ Dövlət Departamenti verib.

Venesuelanın qarışdırılması planı hələ on il qabaq prezident Uqo Çavesin dönəmində hazırlanmağa başlamışdı. Bu, 2006-nın noyabrında ABŞ-ın Venesuela səfiri Uilyam Braunfildin gizli teleqramında şərh olunmuşdu; teleqramı sonradan WikiLeaks saytı dərc edib. Plan Braunfild tərəfindən ABŞ-ın Cənub komandanlığı üçün hazırlanmışdı və “Çavesin siyasi bazasına sızma”, “Çavizmin parçalanması”, “ABŞ biznesinin həyati maraqlarının qorunması”, “Çavesin beynəlxalq səviyyədə təcridi”nı nəzərdə tuturdu. Braunfild Venesuelada “vətəndaş forumları” deyilən qurumların təşkilinə milyonlarla dollar itirən USAID və OTI (Office of Transition Initiatives) kimi təşkilatların təxribatçı fəaliyyətini təsvir edib. Amerika səfiri OTI-nin 600 000-dən çox venesuelalını əhatə edən “Demokratiya aramızda” təhsil proqramı haqda da danışıb. Braunfild məlumat verib – USAID 2004-2006-ci illərdə Venesuelanın haradasa 300 QHT-sinə 300 milyon dollara yaxın vəsait ayırıb, ABŞ-ın hədəflərinə çatmaqda onlara texniki dəstək təklif edib.

“The Intercept” portalı yazır ki, Amerikanın milyarder Kox qardaşlarının maliyyələşdirdiyi “Atlas Network” beynəlxalq şəbəkənin Venesuela filialı indiki böhranda önəmli rol oynayır. Uqo Çaves “Koch Industries” şirkətinə neft satmaqdan imtina edəndə onlar “Cedice Liberta” strukturu vasitəsilə Maduronun Mariya Korina Maçado və Leopoldo Lopes kimi siyasi düşmənlərini dəstəkləməyə başladılar. Bu müxaliflər Venesuelada “diktator rejimi” devirməkdə yeganə mümkün üsul kimi baxdıqları şəhər zorakılığının (guarimba) tərəfdarıdırlar. ABŞ Pentaqonda işlənmiş, “hədəf ölkə”yə qarşı komplekls maliyyə sanksiyaları və siyasi müxalifətə dəstəklə yanaşı, hərbi güc işlətmək təhdidi ilə aktiv onlayn əməliyyatların tətbiqini nəzərdə tutan “məcbur edən güc” strategiyasını (coersive power) indi Venesuelada sınayır. Fransa publisisti, “Volter şəbəkəsi”nin qurucusu Tyerri Meysan hesab edir ki, ABŞ-ın məqsədi təkcə prezident Maduronu devirmək və oyuncaq Huaydonu onun yerinə qoymaq deyil, “Karib hövzəsində (Latın Amerikası) bölgəsi ölkələrində dövlət strukturunu dağıtmaqdan” ibarətdir. Tyerri Meysanın fikrincə, bu, əvvəlcə Nikolas Maduronun, sonra Xuan Quaydonun da aradan qaldırılmasını tələb edir. Lakin “son hadisə Quaydo İsrail, Böyük Britaniya və ABŞ-ın dəstəyi ilə “sülhməramlılar”ın yerləşdiriləcəyi Braziliya, Hayana və Kolumbiyadan “yardım istəməmişdən” qabaq baş verməyəcək, bütöv şəhərlər xarabazarlığa dönənə kimi zorakılıq davam edəcək”.

…Bu günlərdə Venesuelada baş verən hadisələrin önəmi bundan ibarətdir ki, II Dünya savaşından qabaq İspaniyada baş verən dünya düzəninin yenidən radikalcasına qurulmasına can atan bənzər hadisə orada sınaqdan keçirilir.