vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
14:18 | 29 yanvar 2019 | Çərşənbə axşamı Məqaləyə 1542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Separatçilar Paşinyana yenə dil uzatdılar

Cavab olmasa zəif bilib üstünə daha çox gələcəklər

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Nikol Paşinyan bir dəfə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı xəbərdar etmişdi ki, onlar Ermənistanın daxili işlərinə qarışmasınlar, baş nazirə ağıl öyrətməsinlər, hətta Paşinyan bu məqsədlə Saakyanı təcili İrəvana da çağırmışdı. Ancaq deyəsən separatçılar Paşinyanın xəbərdarlığını qulaqardına vururlar. Məsələn, “Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurasının katibi” Vitaliy Balasanyan erməni saytlarından birinə müsahibəsində deyib ki, eks-prezident Robert Köçəryanın hakimiyyəti devirmək maddəsiylə ittiham olunması onda gülüş doğururur: “Hakimiyyətdə olan şəxs hakimiyyəti necə devirə bilər?” Balasanyan baş nazir Nikol Paşinyanı misal gətirərək, “bu ona bənzəyir ki, Paşinyan hakimiyyətdə qalmaq üçün hakimiyyətə qarşı çıxır”.

Göründüyü kimi separatçıların təmsilçisi Paşinyana meydan sulayır, baş naziri aşağılayır, onun həbsxanadakı rəqibinə açıq dəstək verir. Vitaliy Balasanyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə imzaladıqları bəyanatda “xalqları sülhə hazırlamaq lazımdır” müddəasını da anlamadığını bu sözlərlə ifadə edib: “Sülh sazişi olmadan xalqları barışa necə hazırlamaq olar?”. Başqa sözlə Xankəndi danışıqların hazırkı gedişindən də narazıdır.

Əslində Balasanyan lideri Bako Saakyanın düşündüyünü deyir. Cavab vermək növbəsi Nikol Paşinyanınıdır. Ermənistan baş naziri Xankəndidən ona qarşı uzanan ittihamlara sussa separatçılar onu zəif bilib daha çox üstünə gedəcəklər. Biz isə Xankəndi ilə İrəvan arasındakı bu “mesajlaşmanı” diqqətlə izləməli və öz faydamız üçün istifadə etməyi bacarmalıyıq. Ancaq bunu bacarmaq üçün usta gedişlər və gərəkli informasiyaların kənara yayılmasını təmin etmək lazımdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)