vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TOP OYUNLARI  
15:32 | 29 yanvar 2019 | Çərşənbə axşamı Məqaləyə 1965 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Amma özüm bunu düşünmədim”

Kamran Ağayev: “Qurbanovu aldatmışam, səhv etmişəm”

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan millisinin və “Keşlə”nin qapıçısı Kamran Ağayev “Xəzər TV”də yayımlanan “Futbol saatı” verilişinin qonağı olub.

Təcrübəli qolkiper bir çox məsələlər haqqında açıqlama verib.

O, yığma komandanın Millətlər Liqasında keçirdiyi Kosovo ilə səfər matçına (0:4) getməməsinə görə yaranan söz-söhbətlərə münasibət bildirib.

Ağayev həmin vaxt heç kimdən sifariş almadığını və zədəli olduğunu bildirib. O, həmçinin Qurban Qurbanovu aldatdığını bildirib:

“Həmin matçdan öncə zədəli idim. Sadəcə, bunu Qurban Qurbanovdan gizlətmişdim. Etiraf edirəm ki, onu aldatmışam.

Amma burda səhv etmişəm. Bilirəm ki, Qurbanov səfərə getməməyimə görə məndən incimişdi. Bununla bağlı danışdıq.

Ona dedim ki, mən düşünmədim getməməyim komandaya təsir edər. Siz mənə desəydiniz ki, “gəl səfərə”, gələrdim. Amma özüm bunu düşünmədim”.