vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SAHİBKARLIQ  
13:55 | 1 fevral 2019 | Cümə Məqaləyə 2498 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

50 TİR dondurma ixracı

İlk avtomobil yola salınır

“AER” ticarət nişanı altında məhsulların istehsalı ilə məşğul olan Azərbaycanın “AER Company Group” şirkəti İraqa növbəti dondurma ixracını həyata keçirir.

Şirkətin rəhbəri Adil Şərifov bildirib ki, bu gün bir yük avtomobilində (TİR) təxminən 15 ton dondurma İraqa yola salınır.

İraqda mövsüm açılıb, havaların qızması ilə əlaqədar olaraq dondurmaya tələb atıb.

Adil Şərifov qeyd etdi ki, ilkin olaraq İraqdan 50 TİR dondurma sifarişi alınıb: “2018-ci ildə “AER Company Group” şirkəti İraqa 17 TİR-da dəyəri 500 min dollar olan təxminən 350 ton dondurma ixrac edib. 2019-cu il üçün ilkin müqavilə 50 TİR-dır. Bu müqaviləyə əsasən təxminən 750 ton dondurmanın ixrac olunacağı gözlənilir”.

Şirkətin rəhbəri vurğuladı ki, “AER Company Group” şirkəti satışını xarici bazarlarda qurmağı hədəfləyir: “AER Company Group”  şirkəti məhsullarını yerli bazar əvəzinə, xarici bazarlara satmaqda daha maraqlıdır”.

Adil Şərifov əlavə etdi ki, 2019-cu ildə İraqa digər süd məhsullarının – pendir və ayranın da ixracı nəzərdə tutulur.

“AER Company Group” ötən illər Gürcüstana məhsullarını ixrac edib. 2019-cu ildə Qazaxıstana da ixracının başlayacağı gözlənilir.