vaxtlı-vaxtında oxuyun! Bazar, 21 aprel 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SAHİBKARLIQ  
20:41 | 2 fevral 2019 | Şənbə Məqaləyə 331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan neftdən başqa nə satır?

Ən çox valyuta hansı sahədən gəlib?

İlhamə ABDULLAYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan xaricə neftdən başqa nə satır? Bu sualın cavabını araşdırmaq üçün İqtisadi İslahatlar Mərkəzinin hazırladığı “İxrac İcmalı”nı təhlil etdik.

Azərbaycanın ixrac etdiyi məhsulların növləri getdikcə artır, eyni zamanda ixrac həcmi ilbəil artım tendensiyası göstərir.

 

“Dollara gedən” meyvə-tərəvəzimiz artıb

 

Azərbaycana ən çox valyuta meyvə-tərəvəz sektorundan daxil olub. Belə ki, 2018-ci ildə 559 milyon dollarlıq meyvə-tərəvəz satmışıq və bu göstərici 2017-ci ilə nisbətdə 11 faiz çoxdur.

Plastmas və onlardan hazırlanan qabların xarici alıcıları il ərzində 17 faiz artıb və bu məhsullardan ölkəmizə 118 milyon  dollar daxil olub.

Valyuta daxilolmalarında 86,2 milyon qara metallar və onlardan hazırlanan məmulatların payına düşür.

2017-ci illə müqayisədə 2018-ci ildə ən böyük artım isə 2,4 dəfə olmaqla pambıq liflərində qeydə alınıb və məbləğ olaraq Azərbaycana 80 milyon  dollar gəlir gətirib. Pambıq ipliyinin satışı isə bir ildə 49 faiz yüksələrək 23,7 milyon  dollar olub. Ölkəmiz elektrik enerjisinin ixracatçısı kimi 65,6 milyon dollar qazanıb.

 

Pomidor birinciliyi əldən vermir

 

Xarici dövlətlərə satılan əsas qeyri-neft məhsullarının siyahısına pomidor başçılıq edir. Azərbaycana pomidor 117 milyon  dollarlıq valyuta gətirib və bu ötən ildəkindən 25,8 milyon  dollar çoxdur.

İkinci yerdə qızıl satışı qərarlaşıb və bu məhsul ölkəmizə 118 milyon  dollar qazandırıb, əgər müqayisə aparsaq 2018-ci ildə qeydə alınan bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 milyon  dollar azdır, başqa sözlə qızıl satışı düşüb.

Ölkəyə xurma satışından 114,5 milyon, fındıq ləpəsinin satışından 93 milyon  dollar daxil olub.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanın ixrac etdiyi fındığın bir neçə partiyasında xəstəlik aşkar edildiyindən geri qaytarılmışdı və ötən il fındıq satışı 2017-ci illə müqayisədə 21 milyon  dollar azalıb.

 

İxrac yolları daha çox Rusiyaya aparır

 

Azərbaycan məhsullarının alıcıları arasında Rusiya öndədir. Ötən il ölkənin qeyri-neft sektoru Rusiyaya 63,8 milyon  dollarlıq məhsul ixrac ediblər. Türkiyəyə məhsul ixracı 23,6 milyon  dollara (2017-ci il ilə müqayisədə 4,2 milyon  dollar azalma), üçüncü yerdə qərarlaşan Gürcüstana isə 7,4 milyon  dollar (10 milyon  dollar azalma) təşkil edib.

Əvəzində isə İsveçrə və İrana ixrac artıb – qeyri-neft sektoru bu ölkələrə müvafiq olaraq, 12,2 milyon  dollar və 5,4 milyon  dollar məbləğində məhsul satılıb.

 

Hansı şirkətlər liderdir? 

 

Bəs, məhsulları dünyada tələb olunan Azərbaycan şirkətləri hansılardır? Əgər “İxrac İcmalı”na baxsaq, özəl sektorda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” liderdir və bu qurum ölkəyə 106,1 milyon  dollar gətirib.

Dövlət sektorunu təmsil edən “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” 181,5 milyon , “Azərkosmos” 25,6 milyon dollarlıq xidmət ixrac edib. Dövlət sektorunda “Azərenerji” və “Azal”ın xətti ilə daxil olan valyuta da artıb.

Ümumilikdə ixracatçı özəl və dövlət şirkətlərinin siyahısı aşağıdakı kimidir:





   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *