vaxtlı-vaxtında oxuyun! Bazar, 25 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SAHİBKARLIQ  
22:09 | 1 fevral 2019 | Cümə Məqaləyə 272 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Süd alan yoxdur”

“ƏDV ilə alıb, ƏDV-siz satırıq”

MÖVZU İLƏ ƏLAQƏLİ

Yanvarın 29-da Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

“Günəşli Aqropark”ın direktoru Fərid Kərimli konfransda çıxış edərək təmsil etdiyi sahənin problemlərini qaldırıb və təkliflərini irəli sürüb.

Fərid Kərimli Vergilər Nazirliyinə ünvanlandığı sualında bildirib ki, yem satışına əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi, süd satışının isə ƏDV-dən azad olması süd istehsalçılarına çətinlik yaradır:

“Aqroparkımız iribuynuzlu heyvandarlıq sahəsindən ibarətdir. Bizim fəaliyyət istiqamətimiz südlükdür. Yem satan şirkətlər ƏDV ödəyicisi olduqları üçün malların üzərinə ƏDV -ni əlavə edib yemi bizə satırlar. Süd satışı ƏDV dən azaddır. Biz südün üzərinə ƏDV əlavə edə bilmədiyimizdən əvəzləşdirmə apara bilmirik.  Heyvandarlıq təsərrüfatlarında maya dəyərinin 60-65 faizini yem məsrəfi təşkil etdiyini nəzərə alsaq, ƏDV nəzərəçarpacaq dərəcədə böyük xərclərə gətirib çıxarır. Bu barədə hər hansı addımlar atılacaqmı?

Konfransda iştirak edən Vergilər Nazirliyinin  rəsmisi bildirib ki, bütün sahələrin vergidən azad olması dövlət büdcəsinə ziyan vura bilər. Lakin Hal hazirda quş yemi sahəsində vergidən azad olma barəsində işlər aparılır.

 

“Xam südün satışında problemlər yaşanır”

 

Konfransda Fərid Kərimli Kənd Təsərrüfatı Nazirliyinin diqqətinə çatdırıb ki, süd bazarında qiymətlər aşağıdır və bu vəziyyət investorların əlavə sərmayə yatırmağa marağını azaldır:

“Hal-hazırda xam südün satışında problemlər yaşanır, qiymətlər aşağıdır. Artıq ikinci ildir ki, bu tendensiya baş verir. Kənd təsərrüfatına dəstək olduğu uçun damazlıq heyvanların gətirilməsi prosesi sürətlə gedir. Ölkədə məhsuldar heyvanların sayının artması süd bolluğu yaradıb. Hal-hazırda bu bazarda təklif tələbdən yuxarıdır.

İlk növbədə Azərbaycan əhalisinin süd məhsullarından istifadə həcmi və istehsal dəqiq müəyyənləşdirilməlidir.

Bizim  təsərrüfatımız 850 baş iri buynuzlu mal-qaradan ibarətdir, eyni zamanda hədəfimiz 3000 başa çatmaqdır. Lakin süd bazarında baş verən bu hadisələr təsərrüfatı böyütmək barədə bizi düşünməyə vadar edir. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən sosial çarxlar hazırlanması və ya digər zəruri tədbirlər görülməsi vacibdir. Bazar planlaşdırılması tələbin öyrənilməsi və bu istiqamətdə hər hansı addımlar atılırmı?”

Kənd Təsərrüfatı Nazirliyinin  rəsmisi bildirib ki, qaldırılan məsələ qeydə alınıb və tədbir görüləcəkdir.

 

“Bir sıra vacib əsas vəsaitlər təşviqə düşmür”

 

Fərid Kərimli İqtisadiyyat Nazirliyinə məlumat verərək bildirib ki, bir sıra əsas vəsaitlərin vergi və gömrük rüsumlarından azad edilməsi heyvandarlığın inkişafına əlavə dəstək ola bilər: “Təşviq sənədi ilə qanunvericilikdə göstərildiyi kimi texnoloji avadanlıqlar və qurğuların idxalı zamanı vergi və gömrük rüsumlarından azad oluruq. Lakin  təsərrüfata çox vacib olan bir sira əsas vəsaitləri idxal edərkən təşviqə düşmür. Nümunə kimi, rəhbərlik etdiyim təsərrüfatda istifadə edilən heyvan yataqlıqları təşviqə salınmayib. Halbuki, yataqlar  birbaşa heyvanların sağlamlığı və məhsuldarlığına təsir edən əsas vəsaitdir. Təklif edirəm ki,  təşviqə düşən əsas vəsaitlərin siyahısı müəyyənləşdirilsin və rəsmi qaydada təsdiq edilsin”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *