“ABŞ-ın Cənubi Qafqaza marağı artıb”
Boltonun zəngi və sensasion məqamlar…
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
Cərşəmbə günü ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bəs bu zəngin məqsədi nə idi? Regionda nələr baş verir?
Bu və digər məsələlərlə bağlı sualları azərbaycanlı politoloq Zaur Məmmədov cavablandırıb.
Regionda nə baş verir?
Ekspertin sözlərinə görə, Bolton kifayət qədər ciddi və ABŞ xarici siyasətini formalaşdıran fiqurlardandır.
“Onun son zamanlar Azərbaycana verdiyi önəm təsadüfi sayıla bilməz. Bu gün Azərbaycan regional sabitliyin, təhlükəsizliyin təmin edilməsinə, bölgədə əməkdaşlıq mühitinin stimullaşdırılmasına, iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edən layihələrin təşəbbüskarı və iştirakçısıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və dünyanın aktual problemlərindən olan terrorçuluğa qarşı apardığı mübarizə hamıya yaxşı məlumdur. Bu gün Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrilib. Orta Asiya və Xəzərin karbohidrogen ehtiyatları ölkəmiz vasitəsilə Avropaya çatdırılır. Bu istiqamətdə Azərbaycanın istər təşəbbüskarı, istərsə də iştirakçısı olduğu layihələr bir sıra ölkələrin maraqlarını ölkəmizə yönəldir. İstər TANAP, istərsə də TAP layihələri bu maraqların nəticəsində meydana gəlmişdir. Keçən il reallaşması baş tutan, Avropa və Asiyanı birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu da onlarla dövlətin milli maraqlarına cavab verən və bölgədə sülhün və təhlükəsizliyin təməlini möhkəmlədən layihərlərdəndir. 1991-ci ildə müstəqillik qazanan Azərbaycan geosiyasi durumuna görə beynəlxalq münasibətlərin tam hüquqlu subyekti olmağı bu illər ərzində bacardı”, - deyə politoloq qeyd edib.
O bildirib ki, ABŞ–Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi yuxarıda sadalanan amillərlə yanaşı, həm də Azərbaycanın dünyanın müxtəlif nöqtələrində sülhyaratma missiyalarında iştirakı, rəsmi Bakının təhlükəsizlik məsələsində xüsusi rolu ilə də bağlıdır:
“Azərbaycan Əfqanıstan hökumətinə birbaşa və beynəlxalq səylər çərçivəsində dəstək göstərir və eyni zamanda, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına öz töhfəsini verir. Bir müddətlik durğunluqdan sonra, son bir neçə ay ərzində, istər Boltonun, istərsə də ABŞ-ın digər dövlət rəsmilərinin Azərbaycanla, münaqişə ilə bağlı tutduqları obyektiv mövqe Azərbaycanın artan geosiyasi çəkisi və Vaşinqtonun regionla bağlı ciddi planları ilə əlaqəlidir. Görünən odur kı, ABŞ-ın Cənubi Qafqaza marağı artıb və Vaşinqton regionda iştirakını gücləndirəcəkdir. İndiki administrasiya dövründə Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişaf edəcəyini əminliklə bildirə bilərəm. İsrail və yəhudi lobbisi ilə yaxın əlaqələrə malik olan Tramp administrasiyası və Azərbaycan arasında münasibətlərin inkişafı Bakının illərdir apardığı məqsədyönlü siyasətin nəticəsidir. Son zamanlar İsrail və Azərbaycan arasında güclənən hərbi sahədə əməkdaşlığın əsas məqsədi bölgədə sülhün və təhlükəsizliyin qorunmasıdır. Təbii ki, Azərbaycan üçün ən ağrılı məsələlərdən biri Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir”.
Həmsöhbətimiz hesab edir ki, 1 milyondan çox qaçqın və məcburi köçkün, ərazilərimizin işğalı, beynəlxalq hüququn isə Ermənistan tərəfindən pozulması regionun gələcəyi üçün böyük təhlükədir.
“Hələ keçən ilin payızında ard-arda üç Amerika diplomatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizi dəstəkləməsi ABŞ kimi bir dövlət üçün anidən, gözlənilmədən olan çıxışlar deyildi. Təbii ki, ABŞ diplomatları münaqişənin mahiyyətini və Azərbaycanın strateji mövqeyini başa düşərək belə açıqlama veriblər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı deyilən “ermənilər işğal etdikləri ərazilərdən çıxmalıdırlar”, “Paşinyan seçkilərdən sonra münaqişənin nizamlanması ilə bağlı real addımlar atmalıdır” kimi fikirlər erməni tərəfinə ünvanlanmış mesajlar idi. Sentyabr ayında isə Tramp və vitse-prezident Mayk Pens Paşinyanın ABŞ-a səfəri zamanı “səni qəbul etməyə vaxtım yoxdur” mesajını verərək, onu qapı arxasında qoymuşdular. Con Boltonun “Twitter” səhifəsində yaydığı məlumata görə, yanvarın 29-u onun Prezident İlham Əliyevlə telefon danışığı zamanı həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə edilmişlər. Bir neçə gün bundan əvvəl Bolton Paşinyana da zəng etmişdi. Maraqlısı budur kı, Paşinyan “Facebook” səhifəsində onlar arasında hansı məsələlərin müzakirə olunduğunu yazıb, lakin Qarabağın adını çəkməmişdi. Guya, onlar bu məsələni müzakirə etməyiblər. Zənnimcə, Paşinyanın telefon danışığı zamanı münaqişənin müzakirə edildiyini etiraf etməməsi ona qarşı daxildə bir sıra qüvvələr tərəfindən başlanılan pressinqlərlə bağlıdır. Son zamanlar iki ölkə arasında münaqişə ilə bağlı danışıqların yekunu ilə bağlı tərəflərin bəyanatlarında müsbət tonların sezilməsi Qarabağ məsələsinin həll edilməsini istəməyən Ermənistan daxilindəki qüvvələrin fəallaşmasına gətirib çıxarmışdır.
Təsadüfi deyil ki, Ermənistan müxalifəti Paşinyanın siyasi aqibətinin Levon Ter-Petrosyanın taleyinə oxşaya biləcəyi ehtimalını irəli sürüblər. Eyni zamanda, onu istər sosial–iqtisadi, istərsə də münaqişə ilə bağlı apardığı siyasətin artıq iflasa uğrumasında günahlandırırlar. Məsələnin görünən tərəfi ondadır kı, Ermənistanda xalqın eyforiyasının yatmasını gözləyən Qarabağ klanı, daşnaklar və keçmiş respublikaçılar birazdan fəal şəkildə Paşinyanı sıxışdırmağa çalışacaqlar. Açığı, hər üç qrupun çıxışlarına diqqət yetirsək, onların bir mərkəzdən idarə olunduğunu güman edə bilərik. Görünən odur kı, Vaşinqtonun münaqişəyə artan diqqəti bir sıra mərkəzlərin və erməni şovinistlərinin Ermənistan daxilində daha da fəallaşmasına gətirib çıxaracaqdır. Hər bir halda, Azərbaycan xarici siyasət fəaliyyətində bütün vektorlarla bərabərhüquqlu, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanan münasibətlər qurmağı bacarmışdır. ABŞ və Rusiya arasında gedən qlobal mübarizə zamanı Bakının artan geosiyasi çəkisi sözsüz ki, münaqişənin nizamlanmasında bizim lehimizə yazılan nüanslardan olacaqdır”, - deyə ekspert qeyd edib.