vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
17:13 | 4 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1220 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya və Gürcüstan razılaşdı

Ermənistan nəqliyyat blokadasından çıxır

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya və Gürcüstan “Gömrük idarəetməsi və ticarətdə monitorinqin mexanizmləri haqda” 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb.

Rusiyanın “Kommersant” xəbər verir ki, müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir. Həmin məntəqələrdə gömrük nəzarətini İsveçrənin SGS şirkəti həyata keçirəcək.

“Çox vaxt lazım oldu. Bu, proyektin qeyri-adiliyi ilə bağlı idi. Sazişin presedenti yoxdur”-deyə Gürcüstanın baş nazirinin Rusiya ilə danışıqlardakı xüsusi nümayəndəsi Zurab Abaşidze açıqlama verib.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə yaxın 2-3 ildə layihənin icrasına başlanılacağını deyib.

Layihənin icrası Ermənistana Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmağa və faktiki olaraq onun nəqliyyat blokadasından çıxmasına yol açacaq.