vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
18:43 | 4 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1383 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şarmazanov təşvişdə

“Azərbaycan müharibəyə hazırlaşır, Paşinyan istefa verməlidir”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətin qarşısında duran çağırışlara tab gətirməyə qadir deyil, belə davam etdiyi halda yeganə çıxış yolu Nikol Paşinyanın istefasıdır”.

Bu barədə sabiq iqtidar partiyası olan, Ermənistanın Respublikaçılar partiyasının üzvü, erməni parlamentinin sabiq sədr müavini Eduard Şarmazanov “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsində bildirib.

O, öz səhifəsində belə yazıb: “Paşinyan dövlətin qarşısında duran çağırışlara tab gətirməyə qadir deyil. Azərbaycan müharibəyə hazırlaşır, Nikolun hakimiyyəti isə Qarabağın “qəhrəmanlarına” hörmətsizlik edir.

Pantürkizm təhlükəsi artır. Nikol Paşinyan isə cəmiyyəti inqilabçılar və əks inqilabçılar deyə ayırır. Dövlət maraqlarımıza zərbə vuran, əvvəlkilərin hörmətdən salınması ilə bəyanatlar verir.

Bölücü xətlər çəkmək və alternativ fikir dinləməmək, inqilab sayağı hərəkət tərzi bizim dövlətə baha başa gələ bilər. Hakimiyyət, həm də dövlət oyuncaq deyil ki, necə istəyirsən elə də sürəsən.

Belə davam etdiyi halda bir çıxış yolu var. Bu çıxış yolu Nikolun bir an öncə istefa verməsidir. İstefadır”.