vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
19:15 | 4 fevral 2019 | Bazar ertəsi Məqaləyə 1356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

38 yaşlı prezident

Nayib Bukele gələr-gəlməz Maduroya sataşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika qitəsinin daha bir ölkəsində sol iqtidar dönəmi başa çatdı. Dünən Salvadorda keçirilən prezident seçkilərində 38 yaşlı Nayib Bukele 54 faiz səs alaraq ilk turda qalib gəlib. N.Bukele sağ mərkəzçi “Milli Birlik uğrunda Böyük Alyans”ın (Gran Alianza por la Unidad Nacional) namizədidir. Hakimiyyətdəki sol partiya - “Farabundo Marti adına Milli Azadlıq Cəbhəsi”nin namizədi Huqo Martinez 13 faiz səslə üçüncü olub.

Bu hadisə son illər Amerika qitəsində müşahidə olunan tendensiyanın davamıdır. 2010-cu ildən üzü bəri regionda sol hökumətlər domino daşı kimi bir-bir yıxılmağa başlayıb. Problemlər hər yerdə oxşardır: elitaların korrupsiyası, sosial-iqtisadi çətinliklərin artması, kriminogen durumun kəskinləşməsi.

Salvadordakı dəyişiklik Venesuela uzurpatoru Nikolas Maduroya daha bir zərbədir. Çünki Salvador qitədə Maduronu dəstəkləyən azsaylı dövlətlərdən biri idi. Bu ölkənin prezidenti Sançez Seren Maduronun bu il yanvarın 10-da keçirilmiş andiçmə mərasiminə də qatılmışdı.

N.Bukele seçki kampaniyası dövründə Venesueladakı hadisələrə münasibət bildirib və Maduronu diktator adlandırıb. O bildirib ki, sağçı və ya solçu olması fərq etmir, diktator diktatordur və onların hamısı qeyri-legitimdir.