vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
11:33 | 5 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1383 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ekspertlərin əksəriyyəti QHT-lərdə yetişib

Bu təşkilatlar həm də qeyri-neft ixracatçılarıdır

Samir ƏLİYEV

Son vaxtlar bir sıra dövlət qurumları tərəfindən ictimai sektorla, daha da konkretləşdirsək müvafiq sahələrin ekspertləri ilə əməkdaşlıq təşəbbüsləri müşahidə olunur. Əgər əvvəllər bu məsələdə Vergilər Nazirliyi pionerlik edirdisə, hazırda digər qurumlar da bu təşəbbüsə qoşulmağa başlayıb. Mərkəzi Bank rəhbərliyi ötən həftədən başlayaraq ekspertlərlə görüşə başlayıb. Bildiyim qədər Kənd Təsərrüfatı Nazirliyi də analoji addımları atmaq niyyətindədir. Ümid edək ki, digər qurumlar da bu təşəbbüsə qoşulacaq. Hər bir halda belə təşəbbüslər dəstəklənməlidir. “Ekspertlərin iqnor edilməsi “siyasətindən “ekspertlərlə əməkdaşlıq” siyasətinə keçid hər hansı problemin diaqnozunun daha dəqiq qoyulmasına, qəbul edilmiş qərarların təsirini daha obyektiv qiymətləndirməyə imkan verir. Çünki bu, dünyada uğurla sınaqdan çıxmış bir mexanizmdir.

Əslində sözümün canı başqadır. Əgər hökumət və onun qurumları tam açıqlıq və şəffaflıq istəyirsə, fəaliyyətlərini ekspertlərlə məhdudlaşdırmamalıdırlar. Bu prosesə vətəndaş cəmiyyətinin daha geniş çevrəsini cəlb etməlidir. Bunu Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq platformasının şərtləri də tələb edir. Vətəndaş cəmiyyəti isə bu gün arxası üstünə çevrilmiş tısbağa bənzəyir. Faktiki olaraq fəaliyyət göstərə bilmir. Səbəb QHT və qrant qanunvericiliyinə 2014-cü ildə edilmiş məhdudlaşdırıcı dəyişikliklərdir.

QHT-lər təkcə iş yeri və ölkəyə valyuta gətirən bir qurumlar deyil, həm də ekspert bazasının formalaşmasında əsas rol oynayan bir institutdur. Təsadüfi deyil ki, bu gün bir neçə nəfəri çıxmaq şərti ilə üzdə olan ekspertlərin demək olar ki, hamısı məhz QHT-lərdə püxtələşiblər, peşəkarlaşıblar. Vətəndaş cəmiyyətinin fəaliyyəti bərpa olunmayacaqsa, yeni ekspertlər formalaşmayacaq, mövcud olanlar isə bir müddət sonra səhnəni tərk etmək məcburiyyətində qalacaqlar, ən yaxşı halda kommersiya fəaliyyətinə keçəcəklər. Sonuncuların da dövlət qurumları ilə əməkdaşlığı təbii olaraq ictimai əsaslardan uzaq olacaq. Onsuz da ölkədə ekspert qıtlığı mövcuddur. Bu qıtlığı ilk növbədə mətbuat hiss edir. Məsələ heç ekspertlərdə də deyil. Sabah hökumətin həyata keçirdiyi siyasətin effektivliyini heç bir qurum vətəndaş cəmiyyətindən dəqiq qiymətləndirə bilməz. Vətəndaş cəmiyyəti güclü olan ölkədə radikallıq da zəif olur. Ona görə də hökumət qanunvericiliyi dəyişərək QHT-lərin fəaliyyətinə yaşıl işıq yandırmalıdır. Nəzərə alaq ki QHT-lər həm də qeyri-neft ixracatçılarıdır...