vaxtlı-vaxtında oxuyun! Bazar, 25 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
13:17 | 5 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 349 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsas nəyə yox, necə inanmaqdır

Yaxud hər kəsə öz dini, öz əqidəsi əzizdir

Mirmehdi AĞAOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Hindistanda hər il milyonlarla insan Kumbxa Mela (“Səhəng” bayramı) dini festivalına qatılır. Festival çərçivəsində Allahabad (adına diqqət!) da daxil olmaqla bir neçə şəhər ziyarət edilir. Sonra da zəvvarlar Qanq və Camna çaylarında çimirlər. Kumbxa Mela dünyanın ən böyük dini ziyarətidir. 2007-ci ildə 70 milyon zəvvar iştirak edib. Bu il göstərici 120 milyon nəfər ola bilər.

Milyonlarla insan Qanq çayına girib, bizim dini terminlərlə desək, qüsullanır, bədənlərini və ruhlarını təmizləyirlər.

Ruhlarını deyə bilmərəm, amma açığı, mən hindlilərin bədənlərinin Qanq çayında çimməklə təmizləndiyinə zərrə qədər də inanmıram.

Nədən?

Məşhur hind filminin adında olduğu kimi: Qanq, sənin suların bulanıqdır.

Həqiqətən Qanqın suları bulanıqdır, özü də təkcə bulanıq deyil. Qanq ekoloji cəhətdən dünyanın ən çirkli çaylarından hesab olunur. Kiminsə dini inancına toxunmaq çıxmasın, amma Qanqın sularının kanalizasiyadan elə də fərqi yoxdur. Çünki hindlilərin müqəddəs yeri olan bu çayda onlar təkcə qüsul alıb, yuyunmurlar, həm də ölülərini bu çaya buraxırlar.

Qanq hindlilərin qəbiristanlığıdır.

Bir hindlinin Qanqda “basdırılmağı” arzulamağı, bir xalq şairinin Fəxri Xiyabanı arzulamağı kimi təbiidir. Hər hindliyə qismət olmur.

Qanqın sahillərində, astanalarında ilişib qalan yarı yanmış meyit qalıqlarını tez-tez görə bilərsiniz. Çox vaxt qarğa-quzğun meyit qalıqlarına daraşıb, didişdirirlər. Bizim üçün bu, nə qədər iyrənc sayılsa da hindlilərə görə adi haldır. Bir hindli həmin mənzərəyə baxa-baxa Qanqda çimə bilər, hətta o sudan içər də. Və inandırım sizi, onların bədənlərini soxduqları bu suya bəlkə də biz heç çeçələ barmağımızı da soxmarıq.

Amma gəlin sevinməyək, vegetarian hindlilərə də bizim Qurban bayramımız eyni dərəcədə yad və qeyri-insani görünür. Axı insan necə bir canlının qan tökə, başını bədənindən ayıra, sonra da ətini yeyə bilər?!

Bir dəfə bir krişnaiddən soruşdum ki, Qanq çayında necə çimirlər? Axı Qanqın sularındakı bakteriyaların sayı hinduizmdəki tanrıların sayından çoxdur? Məgər onun suları murdar deyil? Adam xəstəliyə yoluxar, ölə bilər.

Krişnaid dostumuz məni inandırmağa çalışdı ki, Qanqın yatağına tanrılar minlərlə ton gümüş tozu səpələyiblər. Və bu gümüş tozunun sayəsində çayın suları daim təmiz qalır, ora nə qədər meyit atılsa da suları çirklənmir. Gördüm ki, söhbət uzanır, nə qədər eləsəm də onu fikrindən döndərə bilməyəcəm, ona görə mübahisəyə girişmədim.

Siz onun dediklərinə inandınız? Mən inanmadım.

Ən azı ona görə ki, Qanqın sularınının təkcə bulanıq yox, həm də ekoloji çəhətdən çirkli olması əlaqədar qurumlar tərəfindən təsdiqlənib.

Nə dəlil-sübut gətirsən də heç bir hindlini Qanq çayında çimmək fikrindən daşındıra bilməzsən.

Axtarsan, eyni “anlaşılmazlıqları”, “ifratları” islamda, xristianlıqda, yəhudilikdə və başqa dinlərdə də tapa bilərsən. Hər kəsə öz dini, öz əqidəsi əzizdir. Vahid, yeganə həqiqət yoxdur. Kim nəyə inanırsa, ondan da xeyir tapır.

Belə çıxır, əsas nəyə inanmaq deyil, necə inanmaqdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *