vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
13:28 | 5 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1511 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropadan İrana xəbərdarlıq

“Ballistik raket proqramı bizi ciddi narahat edir”

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqı Şurası fevralın 4-də bəyanat yayaraq, İranın ballistik raket proqramının dünya birliyinə qarşı təhdidinə toxunaraq, rəsmi Tehranın apardığı raket proqramını kəskin pisləyib.

Bəyanatda bildirilir ki, İranın qitələrarası ballistik raket proqramını inkişaf etdirməsi, dünya birliyinin ciddi nigaranlığına səbəb olub: “İranın ballistik raket proqramı bizi ciddi nigaran edir. İran, ballistik raketlərinin uçuş məsafəsini və diqqətini artırmaq üçün fəaliyyətini davam etdirərək, raket sınaqlarının sayını artırıb. İranın həyata keçirdiyi raket sınaqları, BMT Təhlükəsizlik Şurasının 2331 saylı qətnaməsinə qarşı zidd addımdır. Bildiririk ki, İranın bu kimi fəaliyyətləri, yalnız etimadsızlığa, bölgədə çaxnaşmanın artmasına və regionda sabitliyin pozulmasına gətirib çıxara bilər.

Biz, İrandan istəyirik ki, BMT Təhlükəsizlik Şurasının raketlər və onların texnologiyası ilə bağlı  qəbul etdiyi qətnamələrinə riayət etsin, ona hörmətlə yanaşsın. Biz, İranın ballistik raket texnologiyasını regionda fəaliyyət göstərən yaraqlı qruplaşmalara ötürməsini kəskin pisləyir, Tehrandan Avropa qitəsində apardığı düşmən siyasətinə son qoymasını tələb edirik”.

Bəyanatda həmçinin bildirilir ki, Avropa İttifaqı Şurası İranın Suriyada baş verən olaylardakı hərbi rolundan və bu ölkədə apardığı dağıdıcı fəaliyyətindən, eləcə də İranda insan hüquqlarının kobud şəkildə pozulmasından ciddi narahatdır və bütün bunlara son qoyulmasını tələb edir”.