vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
18:25 | 5 fevral 2019 | Çərşənbə axşamı Məqaləyə 1342 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstan parlamentində “heykəl qalmaqalı”

Spiker İrakli Kobaxidze: “Azərbaycanla münasibətləri korlaya bilmərik”

MÖVZU İLƏ ƏLAQƏLİ

“24News.ge” xəbər verir ki, Gürcüstan parlamentinin yaz sessiyasının fevralın 5-də keçirilmiş ilk iclasında çıxış edən Vahid Milli Hərəkat partiyasının deputatı Azər Süleymanov dünya azərbaycanlılarının hüzn günü olan 20 yanvarda separatçıya Gürcüstan torpağında büst qoyulmasını pisləyib və hökuməti bununla bağlı ciddi addım atmağa çağırıb: “Nəyə görə əli yalın azərbaycanlılara qarşı vuruşan, Xocalıda dinc insanları qətlə yetirən və Azərbaycan xalqının düşməni olan Mixail Avaqyana Gürcüstan torpağında büst qoyulub. Ən pisi də budur ki açılışda Gürcüstan dövlətinin deputatları, bələdiyyə sədri, meri və Ermənistanın ölkəmizdəki səfiri iştirak ediblər. Bu xalq arasında böyük bir narahatçılıq və ajiotaj yaradıb. Cənab Kobaxidze, mən sizdən cavab istəyirəm. Sizin deputatlarınız orada iştirak edib və istəyirəm ki, siz buna qiymət verəsiniz”.

Deputat həmçinin çıxışı zamanı sözü gedən büstün sökülməsi tələbi ilə də çıxış edib: “Cənab Kobaxidze, bizim xahişimiz odur ki, Gürcüstanın imicinə yaraşmayan büst oradan götürülsün və bu kimi hallar Gürcüstanda bir daha təkrarlanmasın”.

“Axalkalaki rayonunun Bugaşen kəndində erməni hərbçiyə qoyulmuş abidə ilə bağlı məsələ Gürcüstanda hakim partiyada da ciddi müzakirə olunur”. Bu sözlər isə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bu gün keçirilən iclasda səsləndirib. Sədr bildirib ki, məsələ ətrafında ciddi müzakirələr gedir. Gələcəkdə bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün müəyyən tədbirlər görüləcək.

“Bizim Azərbaycan ilə çox yaxşı əlaqələrimiz var. Biz Azərbaycan ilə münasibətlərə böyük önəm veririk. Biz Azərbaycan dövləti, eləcə də digər qonşu ölkələrlə münasibətlərə xüsusi diqqət yetiririk. Azərbaycan ilə münasibətlərin korlanmasına imkan verə bilmərik. Məsələ Azərbaycan tərəfi ilə ətraflı müzakirə olunacaq. Azərbaycan tərəfi ilə həll oluna bilməyən məsələmiz yoxdur”, - deyə İ.Kobaxidze vurğulayıb.