vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
11:10 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 1265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Son beş ilin ən sakiti

Ermənilər 2018-ci ildə nə qədər itki veriblər?

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosu maraqlı statistika açıqlayıb. Onların araşdırmasına görə, Azərbaycanla Ermənistan arasındakı təmas xəttində son 5 ilin ən sakiti 2018-ci il olub. Yenə onların hesabatına görə 130 gündür cəbhə bölgəsində Ermənistan ordusunun bir itkisi belə yoxdur və bu sakitlik hələ də davam edir.

Buna baxmayaraq, Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatına görə Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır. 2018-ci ildə 17 erməni hərbçi yol qəzalarında həlak olub, 13 nəfər xəstəliklərdən ölüb, 11 nəfər isə özünü öldürüb.

Bu hesabatdan gəlinən iki nəticə var:

Birinci nəticə odur ki, həqiqətən cəbhə bölgəsində nisbi sakitlik hökm sürür. Çünki, son aylarda bizim televiziya kanalları da xəbərlərə cəbhə bölgəsindəki atəşkəsin intensiv pozulması məlumatları ilə başlamırlar. Görünür, Ermənistanın baş naziri Nikol Paşinyan ordu komandanlığına gizli tapşırıq verib ki, ordu təxribatdan çəkinsin, atəşkəsə riayət etsin. Məsələn son aylarda işğal altındakı torpaqlarda hərbi təlimlərdən xəbər yoxdur. Əvvəllər belə təxribatlara çox rast gəlirdik. Ancaq sakitliyin və sükutun uzun müddət çəkəcəyini söyləmək çətindir. Çünki, “Qarabağ klanı” əlindəki imkanlardan istifadə edərək hər an təmas xəttində təxribat planlaşdıra bilər. Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək. Bu isə Paşinyanın mövqelərini zəiflədəcək. “Qarabağ klanına” da elə bu lazımdır.

Hesabatdan gəlinən ikinci nəticə budur ki, Ermənistan ordusundakı hərbçilər müharibəsiz də bir-birini qırmaqda davam edir. 2018-ci ildə ümumilikdə 41 hərbçi müxtəlif səbəblərdən ölüb. Bu hələ Helsinkin Vətəndaş Assambleyasına məlum olan rəqəmlərdir. Ermənistanda ordunu təchiz etmək İrəvana başa gəlir. Üstəgəl də qeyri-döyüş itkiləri azalmır. Ancaq bütün bunlar bizi arxayın salmamalıdır. Bəli, hələ ki, atəşkəsə riayət edirik. Ancaq Paşinyan yaxın aylarda münaqişənin həllində addım atmasa atəşkəsə riayət etməyin anlamı qalmayacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)