vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
11:56 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 1486 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağ düyünü

Sülh ermənilərlə dostluq, qardaşlıqdırmı?

Asəf QULİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşündən sonra verdikləri bəyanat qəribə əks-səda doğurdu. Birmənalı deyə bilərəm ki, paradoksal olsa da, bu bəyanatlar pozitiv yox, neqativ reaksiya doğurdu.

Bu bəyanatların səmimiliyi, bunun üçün hansı addımların atılması və əslində atılmaması başqa mövzudur. İndi isə SÜLH sözünün doğurduğu reaksiya barədə.

Çoxları “sülh” sözünü “dostluq”, “qardaşlıq” kimi yozur. Amma bir az tələsməyin, dostlar...

Bəziləri bu sözün arzuolunmaz olduğunu əsaslandırmaq üçün minlərlə şəhidimizi, qazımızı yada salır.

Dostlar, sülh ona görə lazımdır ki, bir daha analar övladlarının şəhid xəbərini almasın, vətənin genefondu oğullar əlil olmasın.

Sülh ermənilərlə dost, qardaş olmaq demək deyil. Sülh bundan sonra ermənilərlə necə yaşayacağımızın müəyyənləşməsi deməkdir.

Bəs biz bundan sonra ermənilərlə necə yaşayacağımızı müəyyənləşdirmişikmi?

Yox!

Biz problemi həll edək deyəndə nəyi nəzərdə tutduğumuzu müəyyənləşdirmişikmi?

Yox!

Biz heç nə barədə fikirləşmirik, heç nə etmirik və tələb edirik ki, münaqişə həll olsun.

Dostlar, belə olmayacaq.

Biz Qarabağda ermənilərə qarşı etnik təmizləmə apara bilməyəcəyik. Bunu unutmayın. Deməli, ermənilərlə yanaşı yaşamalı olacağıq. Bu yanaşı yaşamanın müəyyən şərtləri var. Buna hazırıqmı?

Hesab edirəm ki, hazır deyilik!

Hazırsınızmı Azərbaycan parlamentində erməni deputatı görməyə?

Mən də Sizin kimi Qarabağa qayıtmaq istəyirəm. Bunun yollarını arayıram. Amma bəzi dostlar heç nə etmədən “problem həll olsun” tələb edirlər.

Bu gün cəmiyyətimizdə qan-qan deyənlərin də nəzərinə bir həqiqəti çatdırmaq istəyirəm. Bunu tələb edənlərin səmimiliyinə şübhə etmirəm. Amma müharibə olsa və biz erməni qoşununu Qarabağdan çıxartsaq, oradakı dinc ermənilərin taleyi necə olacaq?

Kimsə bu barədə düşünməyi özünə əskiklik kimi qəbul edə bilər. Amma dünya məhz bunu düşünür. Və nə qədər ki, dünya bunu düşünəcək, biz düşünməyəcəyik, Qarabağ düyünü açılmayacaq.

Bunu düşünmək üçün isə əvvəlcə SÜLH nə deməkdir sualına cavab tapmaq lazımdır.