vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
13:12 | 6 fevral 2019 | Çərşənbə Məqaləyə 2292 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zəlzələ Ağsunun “ağladıb”

Rayonun şimal dağ kəndlərində ciddi fəsadlar var

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 5-i gecə saat 23:31 radələrində Pirquludan 11 kilometr İsmayıllı istiqamətində təxminən 5 bal gücündə baş verən zəlzələ Ağsu rayonunun şimal dağlıq ərazisində, Şamaxı və İsmayıllı rayonları ilə sərhəd kəndlər olan Kalva və Dilman yaşayış məntəqələrində də fəsadlara səbəb olub.

Rayon fövqəladə hallar komissiyasından bildirilir ki, yeraltı təkanlar nəticəsində bəzi yaşayış binalarında çatlar əmələ gəlib, qəzalı vəziyyətdə olan evlərdə və digər tikililərdə dağıntılar olub. Keçirilən baxış zamanı bu cür 35-dən çox bina müəyyənləşdirilib.

Hazırda yuxarı dağ kəndlərində araşdırmalar davam etdirilir, dəyən zərər müəyyənləşdirilir.